Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənilər sülhməramlıların ətəyi altında gizlənərək təxribata hazırlaşırlar”

Təbriz Musayev: “Ermənilər sülhməramlıların ətəyi altında gizlənərək təxribata hazırlaşırlar”

Qarabağda separatçıların nəzarətində olan ərazilərdə mülki insanların silahlandırılması planlaşdırılır. Separatçıların başçısı Araik Arutyunyan bunu təsdiqləyib. Arayik deyib ki, “silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək imkanları genişləndiriləcək”.

Bununla bağlı qondarma “qanun layihəsi” mart ayında irəli sürülüb. Məqsəd Qarabağdakı erməni mülki əhalinin də silahlanmasından ibarətdir. Məlumata görə, separatçılarda kifayət qədər böyük sayda yüngül silahlar var. Onların böyük hissəsi 30 ilə yaxın davam edən işğal dövründə Qarabağa daşınıb. Müharibə gedən 44 gün ərzində də Ermənistandan ora xeyli müxtəlif növ silah daşınıb. Müharibədən sonra Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olsa da, ermənilər müxtəlif vasitələrlə mülki yük adı altında silah daşıyır. Bunun başlıca səbəbi sülhməramlıların buna göz yumması ilə əlaqədardır. Son günlər Qarabağda müəyyən gərginliklərin baş verməsi fonunda mülki ermənilərin silahlandırılmasına qərar verilməsi təsadüfə oxşamır. O baxımdan maraqlıdır, indiki şəraitdə Qarabağdakı mülki erməni əhalisinin silahlandırılmasında məqsəd nədir? Bununla hansı təxribatları törətmək istəyirlər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musyevin fikrincə, separatçılar 30 il əvvəlki ssenarini yenidən təkrarlamaq istəyirlər: “Prinsipcə, təəccüblü bir şey yoxdur. Çünki ortada ciddi bənzərliklər var və pərdə arxasında yenə Rusiya dayanır. 1988-ci ildə Qarabağda məlum hadisələr baş verəndə SSRİ daxili qoşunları Xankəndiyə və digər yaşayış məntəqələrinə yeridildi. Ancaq bu, nə ermənilərin silahlanmasının, nə də azərbaycanlıların Qarabağdan qovulmasının qarşısını aldı. Əksinə, azərbaycanlılardan ov tüfəngləri belə alındığı halda, ermənilər ciddi şəkildə silahlandırıldı. Xüsusən də Qarabağın idarəçiliyi 1989-cu ilin yanvarında Arkadi Volskinin nəzarətinə verləndən sonra bu proseslər daha geniş miqyas aldı. Niyə? Ona görə ki, Moskva bütün bunlarda maraqlı idi. Ondan sonra Qarabağın və ətraf rayonların necə işğal olunduğu məlumdur. İndi də separatçı başı Araikin mülki şəxslərin silahlanması ilə bağlı qərar verməsi birbaşa Moskvaın razılığı ilə hazırlanan növbəti provokasiyadır. Sülhməramlıların razılığı olmadan əsla Araik buna cəsarət etməz. Ermənilər Rusiya sülhməramlılarının ətəyi altında gizlənərək növbəti təxribata hazırlaşırlar. Məqsəd indidən mülki ermənilərin Azərbaycan dövlətinə inteqrasiyasının qarşısını almaqdır. Son vaxtlar bəzi mülki ermənilərin buna meyllənməsi separatçıları və Rusiyadakı müəyyən dairələri narahat edir. Zatən 44 günlük Vətən müharibəsindən sonra Qarabağda yaşayan mülki ermənilərin sayı xeyli azalıb. Rusiya sülhməramlıları nə qədər çalışsalar da, miqrasiyanın qarşısını ala bilmirlər. O üzdən, bu kimi təxribatlar hazırlanır ki, Rusiya sülhməramlılarının uzin müddət Qarabağda qalmasına zəmin formalaşsın. Ona görə də Azərbaycan son dərəcə ayıq-sayıq olmalı və belə hallara sərt formada etirazını bildirməlidir”.

İAT sədri onu da qeyd etdi ki, heç vaxt Rusiya sülhməramlılarına etibar etmək olmaz.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …