Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Təəssüf ki, xarici telekanallar bu kimi məqamları görmək istəmirlər” – Təbriz Musayev

“Təəssüf ki, xarici telekanallar bu kimi məqamları görmək istəmirlər” – Təbriz Musayev

“Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır”.

Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində deyib.

Sözügedən məsələ ilə bağlı ölkə başçısı bir sıra məqamlara toxunaraq qeyd edib ki, beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır: “Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, – bunlar fərqlidir, – ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır”.

Həqiqətən də xaricdə yaşayan ermənilərin guya Qarabağda yaşayan ermənilərə görə narahat olmaları barədə deyilənlər şişirdilir. Xüsusən də bunu ermənilərin təsiri altında olan xarici media orqanları daha çox qabardırlar. Əslində, reallıq heç də belə deyil.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Prezidentin sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir: “Bir sıra ölkələrdə yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilərin güzəranı maraqlandırmır. Xüsusən də varlı erməniləri. Necə deyərlər, onlar öz həyatlarını yaşayırlar. Düzdür, bununla bağlı bəzi istisnalar var, amma bu heç də o demək deyil ki, xaricdəki ermənilər hamısı belədir. Erməni lobbisinin apardığı siyasət o demək deyil ki, bütün ermənilər buna görə narahatdırlar. Əksinə, xaricdə yaşayan bəzi tanınmış erməni xadimləri Paşinyanın Qarabağ siyasətini tənqid edirlər. Bu günlərdə “Rossiya-1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın Xalq artisti Karen Şahnazarov tənqidi fikirlər səsləndirdi. O, çıxışında Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illüziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə ittiham edib. Həmçinin, kinorejissor Ermənistanın Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalı olduğunu vurğulayıb. Bildirib ki, bütün bu baş verənlər Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsidir. Kinorejissor qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək və hər hansı bir status üçün imkan axtarmaq lazımdır. Belə düşünən ermənilər də var. Ancaq təəssüf ki, xarici telekanallar bu kimi məqamları görmək istəmirlər. Tam fərqli bir rəy yaratmağa çalışırlar. Hansı ki, mövcud reallıq onların təqdim etdiyi kimi deyil. Varlı erməninin nəyinə gərəkdir ki, Qarabağ ermənisi tox yaşayır, yoxsa ac. Sadəcə, görünən odur ki, müəyyən xarici dairələr bundan bir alət kimi istifadə edirlər”.

Ekspert onu da qeyd etdi ki, xarici qüvvələr nə qədər çalışsalar da, Azərbaycanı öz haqq işi uğrunda apardığı mübarizədən döndərə bilməzlər. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …