Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Şuşanın tezliklə azadlıq xəbəri hər birimiz üçün həyatımızın ən böyük hədiyyəsi olacaq”

“Şuşanın tezliklə azadlıq xəbəri hər birimiz üçün həyatımızın ən böyük hədiyyəsi olacaq”

“Artıq 40 gündür ki, hər birimiz həyacanla dolu ömür sürür, hər gün səbirsizliklə, intizarla müzəffər ordumuzun tam və qəti qələbəsini gözləyirik”.

Bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Artıq 40 gündür ki, əsgər və zabitlərimiz ailə üzü görmür, rahat yorğan-döşəkdə yatmır, səhərədək növbə çəkir, döyüşləri və ermənilərə verdikləri dərsləri ilə yeni tarix yazır.
Artıq 40 gündür ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan igidlərimiz rahat uyuyur, ruhları şaddır, canlarından keçdiyi vətən torpağının 4-ü rayon mərkəzi, 5-i qəsəbə, 200-ü kənd 209 yaşayış məntəqəsi işğaldan azad edilib.
Bu 40 gün ərzində Xudafərin də daxil olmaqla, 132 km-lik cənub sərhədimiz 27 illik əsarətdən qurtarılıb, indi həmin sərhədlərdə Azərbaycan bayrağı dalğalanır, onun keşiyini də öz əsgərlərimiz çəkir.
Bu 40 gün ərzində ermənilərin beynəlxalq səviyyədə apardığı yalançı təbliğatları ifşa olunub, xarici ictimaiyyət və institutlar erməniləri daha yaxından tanıyıb, bir sözlə onların maskaları cırılıb, əsil və çirkin sifətləri görsənib.
Bu 40 gün ərzində yüzlərlə şəhidimiz və yaralanlarımız oldu, hər şəhidimizi cəbhəyə könüllü yollanan minlərlə igidlər əvəz elədi, nəticədə Azərbaycan ordusunda döyüş ruhu bir anda olsa belə sönmədi.
Bu 40 gün ərzində xalq bütünləşdi, dostu düşməndən ayırmağı bacardı, hər kəs hər an cəbhəni düşünüb, birlik və həmrəylik üçün çalışdı. Bu 40 gün ərzində biz də sizlərlə səhərlərimi birgə açaraq, xoş xəbərlər müjdəsinə aludə olduq, onları bəzən tez, bəzən vaxtında, bəzən isə gec də olsa əldə etdik.
Bu 40 gün ərzində bir gözümüz güldü, bir gözümüz ağladı, həmişə inamla qələbə gözlədik, gözləntilərimiz böyük olsa da şanlı ordumuzun sayəsində onun doğrulacağına inanımız heç vaxt itmədi.
Bugün də inamlıyıq, Qarabağdan xoş müjdələr, sevinci xəbərlər sorağındayıq. İnanıram ki, Şuşanın tezliklə azadlıq xəbəri hər birimiz üçün həyatımızın ən böyük hədiyyəsi olacaq” – Q.İbadoğlu qeyd edib. 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …