Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Şuşa Bəyannaməsi İrəvandakı sərxoşları ayıltmalıdır“ – İlqar Məmmədov

“Şuşa Bəyannaməsi İrəvandakı sərxoşları ayıltmalıdır“ – İlqar Məmmədov

“Türkiyə-Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi onun həm strateji, həm də taktiki nailiyyətidir”.

Bunu ReAl Partiyasının sədri İlqar Məmmədov iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsin”in imzalanmasına münasibət bildirərkən deyib.

“Taktiki olmasından Bəyannamənin zaman, məkan, şəxslər kimi atributları xəbər verir: tarixi Ermənistan seçkisindən dərhal əvvəl, NATO sammitindən dərhal sonra, Qars anlaşmasından 100 il sonra, Şuşada və Ərdoğanın səfəri çərçivəsində…

Strateji tərəfini isə məzmunu göstərir. Gələcək onu sübut etməlidir. Azərbaycan və Türkiyə öz aralarında birləşərək digər regional dövlətlərlə yaxın əlaqədə Güney Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq qurmaq niyyətindədir”.

İ.Məmmədov bildirib ki, İrəvandakı sərxoş müharibə partiyasının xarici havadarlarına arxalanaraq Şuşanı və Hadrutu “geri almaq” təhdidindən sabahısı gün imzalanan Müttəfiqlik Bəyannaməsi onların hər ikisini ayıltmalıdır.

“Beləliklə, bu hadisənin hər cəhəti gözəldir. Hamımızı ən çox məmnun edən isə bu cümlədir:

“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Bütün bunları nəzərə alaraq, ölkədəki siyasi partiyalar dünən qısa zaman içində Şuşa Bəyannaməsinə dəstək ifadə edən birgə mövqe ilə çıxış etdilər. Partiyaların münasibətinin birlik ruhunu və istiqamətini REAL olaraq tam dəstəkləyirik”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …