Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Şuşa Azərbaycanındır” deyən erməni qadın hədəfə çevrildi

“Şuşa Azərbaycanındır” deyən erməni qadın hədəfə çevrildi

Ermənistanda baş tutan mitinqdə kanallara açıqlama verən və Şuşanın, eyni zamanda Qarabağın (Ermənistan mediası bunu “artsax”ın deyə qeyd edib – red.) Azərbaycana aid olduğunu bildirən qadın hədəfə çevrilib.

Axar.az xəbər verir ki, erməni mediası sözügedən qadının Xaçatur Sukiasyanın evində işlədiyini xüsusi olaraq vurğulayıb.

“Nikol Paşinyanın 1 mart mitinqində “Şuşa, əlbəttə ki, azərbaycanlılarındır, “artsax” da Azərbaycana məxsusdur” deyən qadın Nikol Paşinyanın şəriki olan oliqarx Xaçatur Sukiasyanın evində xadimə işləyir. Onu adi vətəndaş kimi mitinqə gətiriblər və Paşinyanın müdafiəsi üçün çıxış etməsini istəyiblər. Ancaq o, qalmaqallı açıqlaması ilə tənqid hədəfinə çevrilib”, – erməni mediası yazıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …