Ana səhifə / Siyasət / Sürücülük vəsiqəsi ilə bağlı sərəncam verildi – Prezidentdən mühüm dəyişiklik

Sürücülük vəsiqəsi ilə bağlı sərəncam verildi – Prezidentdən mühüm dəyişiklik

Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarəetmə hüququ) II hissəsində aşağıdakı dəyişikliklər edilir:

4-cü bəndə (“BE” – kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 19 yaşdan;) “19 yaşdan” sözlərindən sonra “(“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilir. 5-ci bənddən (tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan;) “, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılır.

Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilir:

“5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”.

6-cı bənd (“DE” – kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 24 yaşdan.) aşağıdakı redaksiyada verilir:

“6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);”.

Səkkizinci abzas ləğv edilir və doqquzuncu abzas səkkizinci abzas hesab edilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın