Ana səhifə / Siyasət / Sürücüləri aldadan yol nişanları və 40 manat cərimə – VİDEO

Sürücüləri aldadan yol nişanları və 40 manat cərimə – VİDEO

Bakı-Ələt yolunun 14-cü kilometriliyində paytaxt istiqamətində qurulan yol nişanları sürücülərlə yanaşı yol hərəkəti üzrə ekspertləri də çaş-baş salıb. Çünki belə nişanlardan biri sürətli yolun ən sol zolağında avtobus dayanacağı olduğunu bildirir, digəri isə cənub istiqamətindən şəhərə girən bütün avtomobilləri sağa, rayon avtomobilləri üçün yaradılan duracağa dönməyə məcbur edir.

GundemXeber.az xezerxeber.com-a istinadən bildirir ki, sürətli yolun ən sol zolağına sarı xətt çəkilib və yola avtobus dayancağı nişanı qoyulub. Ancaq avtobusun dayanması üçün yer yoxdur. Görüntülər Bak- Ələt yolunun 14-cü kilometriliyindəndir.

Üstəlik burada avtobuslar üçün ayrılan və bus yazılan zolaqların salınmasında da səhvlik var.

Hətda bu nişanın tələbinin pozulmasına görə yol polisi tərəfidən sürücülərə 40 manatlıq cərimədə tətbiq edilə bilər.

Dövlət Siqnal İdarəsindən bildirildi ki, ərazidə əvvəllər dayanacağın olması nəzərdə tutulub. Həmin işarə də ona görə qoyulub. Ancaq dayanacaq quraşdırılmadığından nişan ərazidən götürüləcək.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın