Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Sürücülərə qarşı sərt reydlər – Sərnişinlər endirilir+Video

Sürücülərə qarşı sərt reydlər – Sərnişinlər endirilir+Video

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra “20 Yanvar” dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır.

Qafqazinfo”nun əməkdaşları həmin ərazidə olub, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd prosesini izləyiblər. Reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub.

Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və vətəndaşlar mikroavtobuslardan aşağı endirilib.

Xatırladaq ki, ötən gün baş verən qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanmışdı.

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın