Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Sumqayıtdan Bakıya kimi 7 radar qurulub…

Sumqayıtdan Bakıya kimi 7 radar qurulub…

“Quba yoluyla gələndə Sumqayıt ayrıcından Bakıya kimi məsafə 16 km-dən çox olmaz. Maraq üçün saydım 7 radar, 2 Yol- Polis məntəqəsi”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib. O, deyib ki, bu, Gennesin rekordlar kitabina düşməli bir biabırçılıqdır: “Sürücünü də belə ələ salmaq , az qala hər km-dən bir nəzarət qurgusu qoymaq olar?!. Bütün yollarımız doludur bu pul tələləriylə. Türkiyənin hansı bölgəsindəsə yoxlama aparıb bu yolla əhalinin necə amansızca soyulduğu üzə çıxarılmış və qurgular sökülüb atılmışdı. Qudurğanlar radara filana baxmırlar, normal sürücülərsə nəzarətsiz də öz işlərini bilir. Biz işlərimizi normal insanlara görə qurmalıyıq. Addım başı maşının sürəti minimima endiriləcəksə, gözün yola baxmaqdansa yolüstü qurgularda qalacaqsa, onda bu gözəl otobanlar, sürət yolları niyə tikilirdi?”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın