Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib” – Erməni əsilli politoloq

“Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib” – Erməni əsilli politoloq

Erməni əsilli rusiyalı politoloq, siyasi xadim, “Zamanın mahiyyəti” hərəkatının lideri, 1990-cı illərin əvvəllərində Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun Bakıya ezam edilmiş komissiyasının üzvü Sergey Kurginyan 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribat xarakterli hadisələr barəsində danışıb.
Kurginyanın etirafına görə, Sumqayıt hadisələrini törədənlər azərbaycanlılar deyildi: “1980-ci illərin sonlarında Bakıya gəldim. Gəliş səbəbim rəsmi açıqlamalara və yalanlara qarşı konkret addım atmaq idi. Bakıya gələndə gördüm ki, baş verən hadisələr həm rəsmi açıqlamalardan, həm də bizim demokratik müxalifətin təqdim etdiyindən tamamilə fərqlidir.

Bütün məsuliyyətimlə deyə bilərəm ki, əvvəlcə Sumqayıt, sonra da Bakıda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil. Bunları törədənlər tamamilə başqa adamlar idi. Beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq kirayələnmiş kənar şəxslər idi. Həmim şəxslərin adlarına qədər bütün məlumatlar əlimizdədir. O zaman və indi kimə işlədiklərini çox yaxşı bilirik. Həmin şəxslər əvvəlcə erməniləri öldürərək azərbaycanlılar edibmiş kimi göstərirdilər, sonra azərbaycanlıları öldürərək ermənilər edibmiş kimi təqdim edirdilər. Daha sonra azərbaycanlılarla erməniləri bir-birinə qarşı münaqişəyə salaraq, idarə oluna bilən qarşıdurma yaradırdılar. Beləliklə, ortaq tarixə sahib iki xalqı bir-birinə vuraraq münaqişəni idarə edirdilər”.

Xatırladaq ki, fevralın 22-də Azərbaycan DİN və Baş Prokurorluğu Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı birgə bəyanatlarında bildiriblər ki, 1988-ci ildə baş verənlər Azərbaycan xalqına qarşı erməni xüsusi xidmət orqanları və SSRİ DTK tərəfindən təşkil olunmuş təxribat idi. (Virtualaz.org)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …