Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sumqayıt Telekomun “şef”i ATS-ləri metalloma satıb – İDDİA

Sumqayıt Telekomun “şef”i ATS-ləri metalloma satıb – İDDİA

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla bağlı redaksiyamıza daha bir şok məlumat daxil olub. Bizimxeber.az-a daxil olam məlumatda deyilir ki, metal biznesində adı hallanan Akif Əsgərovun biznesi əlindən çıxır.
Köhnə ATS-lərin söküntüsü zamanı bu biznesə yol tapan A.Əsgərov Sumqayıtda xeyli sayda dəmiri gizli şəkildə satıb. Satılan ATS-lərdən əldə olunan gəlirin bir neçə milyon manat başqa biznesə yönəlib. Akif Əsgərovun bu pulun hamısını tək yemədiyi etiraf olunur, lakin mənbəmiz həmin satış zamanı “Sumqayıt Telekom”un şefinin yuxarılara məbləğin külli-miqdarda “atdığı” söylənilir.
O da bildirilir ki, Akif Əsgərov həmin alış-verişdən sonra Bakı-Sumqayıt şossesinin yaxınlığındakı məşhur restoranda 1200 manatlıq “hesab” verib. Lakin biznes ortaqlarından birinin boşboğazlığı həmin qrupu hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın