Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Sülhməramlılar kriminal rejimi himayə edirlər” – DEPUTAT

“Sülhməramlılar kriminal rejimi himayə edirlər” – DEPUTAT

“Rusiya sülhməramlılarının etdiyi qətiyyən yolverilməzdir. Sülhməramlılar bununla onlara verilmiş səlahiyyət həddini aşırlar. Onlar protokolda konkret şəkildə göstərilən müddəaları yerinə yetirmək əvəzinə, cinayətkar Arayik Harutyunyanla şəkil çəkdirirlər, onunla görüş keçirirlər və bunu sosial şəbəkələrdə yayırlar”.

Bunu Yenisabah.az-a açıqlamasında “Ana Vətən” Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə Rusiya sülhməramlılarının nəzərdə tutulmuş hüdudları aşan yeni xəritələr təqdim etməsi yolverilməzdir:

 “Belə çıxır ki, əslində sülhməramlılar mahiyyət etibarı ilə kriminal rejimi sanki himayə etməkdədir. Onlar öz funksiyalarını yerinə yetirməlidirlər, noyabr ayından bir ay vaxt keçir və hələ də işğal olunmuş torpaqlarımızda, xüsusən də Xankəndi və onun ətrafında erməni dəstələri var. Onlar təmizlənilməlidir, orada Ermənistanın bir nəfər belə silahlı qüvvəsi, əsgəri qalmalı deyil. Çox arzulayardıq ki, sülhməramlılar öz səlahiyyətləri çərçivəsində üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər”.

Partiya sədri deyib ki, onsuz da sülhməramlılara qarşı Azərbaycan cəmiyyətində mövqe birmənalı deyil:

“Əgər belə davam edərlərsə Azərbaycan cəmiyyətində özləri haqda kifayət qədər mənfi fikir formalaşdıracaqlar. Bu da Rusiya və Azərbaycan arasındakı dostluq və yüksək səviyyəli münasibətlərin mahiyyətinə tamamilə ziddir, bu münasibətlərə zərbə vurmaqdan başqa bir şey deyil. Bu xəritələr də yığışdırılmalıdır, onlar ağıllarına gələn xəritəni çəkib ora qoymalı deyillər. Azərbaycanın vahid ərazisi var və ordumuz 44 günlük müharibə nəticəsində bunu bir daha göstərdi. Sülhməramlılar da zəhmət çəkib o xəritləri arxivə atsınlar, bir də üzə çıxarmasınlar və bizim əsəblərimizlə oynamasınlar”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …