Ana səhifə / Siyasət / Solçular prezidentliyə vahid namizədini müəyyən etdi – Elşən Həsənov

Solçular prezidentliyə vahid namizədini müəyyən etdi – Elşən Həsənov

Sol partiya və ictimai-siyasi birliklər, gələn ilki prezident seçkilərində, öz namizədləri ilə çıxış edəcəklər.

Azərbaycan Kommunist Partiyasının qərargahında keçirilmiş, Azərbaycan Sosialist Partiyasının, eləcə də, digər ictimai-siyasi təşkilatların nümayəndələrinin iştirak etdikləri dünənki toplantıda, 2018-ci ildə keçiriləcək prezident seçkilərində sol qüvvələrin öz namizədlri ilə iştirakı məsələsi gündəmin əsas mövzularından biri olmuşdur. Toplantı iştirakçıları sol qüvvələrin namizədi olaraq Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun namizədliyinin irəli sürüləcəyi barədə qərarı yekdilliklə dəstəkləmişlər. Müşahidəçilərin söylədikləri fikirlərə görə Elşən Həsənovun namizədliyinin sol cəbhədən irəli sürülməsi, indiki ana müxalifət partiyaları sıralarından qopmalara səbəb ola bilər. Bunun bir neçə səbəbə görə baş verə biləcəyini söyləyən müşahidəçilərin qənaətinə əsasən ən başlıca səbəb, insanların daha çox sosial ədalətin bərqərar olmasını özündə ehtiva edən yeni siyasi təşkilatın və yeni liderin meydana çıxması zərurəti ilə bağlıdır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …