Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Soba mazutu və 530 dərmanın qiyməti aşağı salındı – Rəsmi qərar və SİYAHI

Soba mazutu və 530 dərmanın qiyməti aşağı salındı – Rəsmi qərar və SİYAHI

Tarif Şurası bu gün 530 adda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi haqda qərar verib.

 

Mia.az xəbər verir ki, Tarif (qiymət) Şurasının bu gün keçirilən növbəti iclasında daha 530 dərman vasitəsinin qiyməti təsdiqlənib:

“Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilmişdir ki, bunlardan 1160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1122 dərman vasitəsinin qiyməti bu ilin 1 dekabr tarixindən, 1258 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcəkdir”.
Şuradan bildirilib ki, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 %-nin qiyməti 2 dəfədən çox, 24 %-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilkdə 95 %-nin  qiymətləri endirilib:
 “Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər”.
Şura eyni zamanda, dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəlinı da yayıb.
 
Siyahı ilə bu linkdən tanış ola bilərsiniz:
Onu da qeyd edək ki, Tarif (qiymət) Şurasının iclasında həmçinin, soba mazutunun topdansatış tarifinə baxılmış və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.
Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcəkdir.

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın