Ana səhifə / Siyasət / “Siz oğlunuzu, mən də dostumu itirmişəm” – İcra başçısının həbs olunan oğlu

“Siz oğlunuzu, mən də dostumu itirmişəm” – İcra başçısının həbs olunan oğlu

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra başçısının oğluna hökm oxunub.

Qafqazinfo”nun verdiyi xəbərə görə, icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərliyə 5 il 6 ay, yük avtomobilinn sürücüsü Əhliman Süleymanova isə 6 il həbs verilib.

İcra başçısının oğlu İlham Əsgərli son sözündə qarşı tərəfdən üzr istəyib: “Biz Sənanla uşaqlıqdan dost olmuşuq. Maqsud dayı oğlunu itiribsə, mən də dostumu itirmişəm. Baş verənlərə görə üzr istəyirəm. Mən istəmədən bu hadisə oldu. Maqsud dayı, siz isə bilərəkdən məni həbsə göndərirsiniz”.

Məhkəmə iclasında qarşı tərəflərdən biri də qəza oğlu Sənanı itirən “McDonalds Azərbaycan”ın rəhbəriMaqsud Mirzəyev olub.

M.Mirzəyev oğlunun gec və şəraitsiz xəstəxanaya çatdırılmasına görə İlham Əsgərlinin və sürücüsü Pərvin Fətullayevin cəzalandırılmasını istəyib.

İ.Əsgərlinin vəkili Bəylər Məmişov məhkəmədə çıxış edərək Sənan Mirzəyevin atası Maqsud Mirzəyevdən ailə və təqsirləndirilən şəxs adından üzr istəyib. B.Məmişov məhkəmədə barışıq təklif edib.

Yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə özünü günahkar bilmədiyini deyib: “Mən heç bilmirəm niyə ittiham olunuram. Getdiyim yerdə maşınla vurdular. Xahiş edirəm, ədalətli qərar çıxarasınız və mənim ailə vəziyyətimi nəzərə alasınız”.

Məlumata görə, Ə.Süleymanov evlidir və 2 övladı var.

Hakim Ramella Allehverdiyevanın sədrliyi ilə məhkəmə kollegiyası İlham Əsgərlini və  Əhliman Süleymanovu həm də 3 il müddətinə sürücülük hüququndan məhrum edib.

Hökm oxunan zaman İ.Əsgərlinin anası Rübabə Əsgərova və Ə.Süleymanovun atası Qəhrəman Süleymanov ağlayıb.

Qeyd edək ki, ötən ilin sentyabrın 27-də Zığ yolunda baş verən qəzada İlham Əsgərlinin idarə etdiyi maşınla Əhliman Süleymanovun idarə etdiyi yük avtomobilini vurub. İ.Əsgərlinin idarə etdiyi maşında olan dostu Sənan Mirzəyev vəfat edib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın