Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Siyavuş Novruzovun təklifinə etiraz: “Dövlət “rezin” zad deyil ki…”

Siyavuş Novruzovun təklifinə etiraz: “Dövlət “rezin” zad deyil ki…”

Milli Məclisin keçirilən ötən iclasında millət vəkili Siyavuş Novruzov deputatlara daxil olan müraciətlərin 20%-nin alimentin verilməməsi ilə bağlı olduğunu bildirib. Millət vəkili qeyd edib ki, bu sahədə ciddi problemlər var. 

O, Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib: 

“Aliment Fondu Tərəfindən aliment valideynə verilsin və aliment verməli olan şəxs dövlət tərəfindən tapılsın və ondan həmin məbləğ alınsın. Valideyn aliment almaq üçün məhkəməyə müraciət zamanı vəkil tutmalıdır. Bu isə valideyn tərəfindən əlavə xərclərin çəkilməsinə səbəb olur. Onun belə bir imkanı olsa idi, o heç aliment almaq üçün müraciət etməzdi”. 

Ayrılan cütlüklər arasında yaşanan bu cür halların tez- tez şahidi oluruq. Məlumdur ki, bu zaman aidiyyəti orqanların müdaxiləsi yetəri effekt vermir, cütlük uzun müddət alacağı məbləğə görə “qaçdı- tutdu” oyunu oynayır. Bu isə hər iki tərəfi yormaqla yanaşı, narazılıq da yaradır. Həmçinin, aliment üçün məhkəmə proseslərində iştirak zaman alır, vəkilə veriləcək pul problem yaradır. 

Maraqlıdır, Siyavuş Novruzovun təklif etdiyui kimi, Alement Fondunun yaradılması bu kimi çətinlikləri aradan qadıra bilərmi? 

Mövzu ilə bağlı Cebhe.info-ya deputat Məlahət İbrahımqızı danışıb.

Onun sözlərinə görə, Azərbaycanda bir qrup ailələr var ki, nikahları pozulandan sonra uşaqlarına aliment vermir: 

“Bu məsələni həll etmək üçün hüquq – mühafizə orqanları var. Biri mənəviyyatdan uzaq bir insan olacaq, dünyaya gələn uşağının alimentini verməyəcək, bu, nə deməkdir?! Hər bir şəxsin ailəsi qarşısında öhdəliyi var. Qanunda nə varsa, o da tətbiq olunmalıdır. Hər şeyi dövlətin boynuna qoymaq olmaz. Dövlət “rezin”- zad deyil ki…” 

Deputat Alement Fondunun yaradılmasının zəruri olmadığını deyib. Çünki Alement Fonduna dövlətin büdcəsindən pul ayrılacaq:

“Hansı ölkədə Aliment Fondu var ki?! Alement Fondu olan ölkələrdən nümunələr göstərilsin. Yoxdur axı. Övladına aliment ödəməyən valideyni hüquq-mühafizə orqanları məsuliyyətə cəlb etməlidir. Kimin üzərinə nə fəaliyyət düşürsə, icra etməlidir. Bunu gündəmə gətirməliyik. Hesab edirəm ki, bu gün ölkəmizdə ailə münasibətləri, nikahı pozulmuş cütlüklərin aliment problemi varsa, bununla bağlı ciddi konfranslar, dinləmələr keçirilməlidir. Bu işlə məşğul olan nə qədər təşkilatlar varsa, hamısı dinləmə keçirməlidir. Qanunda boşluq varmı?! Yoxdur! Qanunda boşluq yoxdur, amma icra etməkdə problem var. Bunu da bütün aidiyyəti təşkilatlar bir araya gələndə bilmək olar. Məsələ araşdırılmalı, daha sonra təkliflər səsləndirilməlidir. İşin mexanizmi ilə bağlı hər şey nəzarətdən keçirildikdən sonra necə hərəkət etmək lazım olduğunu demək olar”. 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …