Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Siyavuş Novruzov Vahid Əhmədovu təxribat törətməkdə ittiham etdi

Siyavuş Novruzov Vahid Əhmədovu təxribat törətməkdə ittiham etdi

Deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.

V.Əhmədova sərt təpki göstərənlərdən bir də hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.

O deyib ki, Milli Məclisdə Müdafiə Nazirliyinin fəaliyyəti müzakirə olunmur: “Biz Müdafiə Nazirliyinin fəaliyyətini müzakirə etmək istəyiriksə, onları bura dəvət edək. Biz hardan bilirik ki, Müdafiə naziri Ali Baş komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər ki, Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Bu artıq müharibənin başlanması deməkdir”.

S.Norruzov V.Əhmədovu təxribat törətməkdə ittiham edib: “Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana keçirir. Milli Məclisdə qərar qəbul edilmədən təxribata getmək olmaz. Bu uşaq oyuncağı deyil. Ermənistan şou düzəldir. Beynəlxalq aləm bilir ki, Nikol Paşinyanın Şuşaya gəlməsi də şoudur. Biz bu məsələdə çox soyquqanlıllqla düzgün qərar qəbul etməliyik. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik. İndi məsələyə 90-cı illərin yanaşması ilə qiymət vermək, addım atmaq olmaz. İndi dayandoldurum dövrü deyil, raketlər dövrüdür. Bu məsələlərə həssas yanaşmalıyıq”.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, sədrin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da parlamentin iclasında V.Əhmədovun fikirlərinə sərt etiraz bildiriblər.  /Mediapost

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …