Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Siyavuş Novruzov töhmət almasından danışdı

Siyavuş Novruzov töhmət almasından danışdı

“Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu barədə danışmaq istəmirəm, sağ olun”.
Bunu Redaktor.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə hakim partiya tərəfindən töhmət alması ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, koronavirus pandemiyasında kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsi (sabiq millət vəkili İlham Əliyevin qızı) üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.

https://www.youtube.com/watch?v=JDadyAzvafg&feature=emb_title

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …