Ana səhifə / Siyasət / Siyasi partiya rəhbərləri ilə görüşlərdə iqtidarın niyyəti nədir?

Siyasi partiya rəhbərləri ilə görüşlərdə iqtidarın niyyəti nədir?

Ötən ilin əvvəllərindən başladılan islahatlar Azərbaycan xalqı tərəfindən çox yüksək rəğbətlə qarşılanır və idarəetmədə öz nəticəsini göstərməkdədir. Belə ki, bir çox nazirlik və komitələrin bir qurumda birləşdirilməsi, digər nazirliklərin rəhbərliyinə gənc kadrların gətirilməsi, rayon İcra Hakimiyyəti başçılarının gənc kadrlarla əvəz olunması, işində nöqsanlara yol verən İcra Başçıları haqda hüquqi tədbirlərin görülməsi, təqdim olunan sosial islahat paketi ( təqaüdlərin artırılması, minimum əmək haqqının artırılması v.s) nümunə kimi göstərilə bilər.

Düşünürdüm ki, bu addımlar hələ yetərli deyil. İlin sonuna doğru düşüncələrim öz təsdiqini tapdı, artıq illərdir Prezident Adminstrasiyasında kök salmış köhnə zehniyyət daşıyıcılarının yola salınaraq yeni təfəkkür sahibləri ilə əvəz olunması ümidləri daha da artırdı və köklü islahatların davam edəcəyinə bir daha əminlik yaratdı.
Baş verən islahatların kuliminasiya nöqtəsi kimi ilin sonunda ölkə başçısının parlamenti buraxması, və növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı oldu. Parlament seçkilərinin kecirilməsi bir çox içtimai-siyasi şəxslərdə ümid yaratdı və onlar prosesə qoşuldular.

Buna baxmayaraq köhnə zehniyyət daşıyıcılarının və “5-ci kalon”un seçkilərə müdaxiləsi gözlənilən idi.

Lakin dinamik islahatlara gedən Prezident və onun yeni təfəkkür daşıyıcısı olan yeni komandası bu müdaxilənin qarşısını almaq gücündə idilər və aldılar. Necə deyərlər: “parlament seçkiləri xətasız-bəlasız ötüşdü”.

Bu ilin başlanğıcında isə parlament seçkilərini nəzərə almasaq, ilin ən böyük siyasi hadisəsi Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya liderləri ilə görüşü oldu.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, “Ağ Partiya” lideri Tural Abbaslı, Böyük Quruluş Partiyası sədri Fazil Mustafa, Xalq Partiyasının sədri, keçmiş Baş Nazir Pənah Hüseyn, “Real”. Partiyasının sədri İlqar Məmmədovla keçirilən görüşləriş siyasi cameədə birmənalı qarşılanmadı. Bəzi ekspertlər bunu parlament seçkilərinin yaratdığı mübahisəli abu-havanın arxa fona keçirilməsi kimi dəyərləndirsələr də, görüşdə iştirak edən partiya sədrləri ilə apardığım müzakirələr mənə deməyə əsas verir ki, Prezident Adminstrasiyasının yeni rəhbərliyinin siyasi partiyalarla tanışlıq məqsədi ilə təşkil etdiyi görüşlərin mütəmadi və bərabər şəraitdə keçirilməsi iqtidarın siyasi aktivliyi artırmaq və partiyaları aktiv fəaliyyətə cəlb etmək niyyətini ortaya qoyur, partiyaların cəmiyyətdə rolunun artırılması məqsədi daşıyır.

Görüşlər hələ davam edir. Müsavat Partiyası başqanı Arif Hacılının Müsavat Partiyası qərargahında görüşmək təklifi şərtinə hələ reaksiya verilməsə də, inkarçı müxalifət ənənəvi mövqeyini artıq ortaya qoyub. İllərdir hakimiyyətdən “görüş”, “dialoq” istəyən partiya sədrinin iqtidarın “siyasi dialoq” prosesinə yanaşması, “köhnə zehniyyətçilər” və “5-ci kalon” təmsilciləri ilə eyni mövqeyi sərgilədiyini gostərir ( Yeri gəlmişkən, bir neçə ay öncə, erkən parlament seçkilərinin baykot edilməsini də inkarçı müxalifətin və “5-ci kalon”un iş birliyi kimi qiymətləndirənlər var).

Görünən budur ki, “köhnə zehniyyət” anti-islahat siyasətində israrlı olduğu kimi, dövlət başçısı və yeni komandası islahatların davam etdirilməsi yönündə qətiyyətlidirlər.
Son olaraq onu qeyd etmək istəyirəm ki, vətənini, millətini, dövlətini sevən hər bir şəxs islahatların davam etməsində sonuna qədər öz dəstəyini əsirgəməməli, bu məsələdə dövlətin yanında olmalıdır.

Arzuman Abdulkırimov,
Ana Vətən Partiyasının syasi məsələlər üzrə sədr müavini


Arzuman Abdulkerimov ile ilgili görsel sonucu

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …