Ana səhifə / Siyasət / Sıxılmış təbii qazın mühərrik yanacağı kimi tədbiqi uğurla davam edir – FOTO

Sıxılmış təbii qazın mühərrik yanacağı kimi tədbiqi uğurla davam edir – FOTO

Azərbaycanın iqtisadi yüksəlişinə və əhalinin rifah halının yaxşılaşdırılmasına dair layiqli töhfələrindən biri də, Azərbaycanda sıxılmış təbii qazın istehsalını, satışını və istifadəsini həyata keçirən “SOCAR-CNG” MMC-nin yaradılması olub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və “Məişət Maye Qaz” QSC-nin qərara əsasən 21 oktyabr 2013-cü il tarixində yaradılmış “SOCAR-CNG” MMC ölkəmizin bazarına yeni alternativ mühərrik yanacaq növü gətirməklə, yanacaq bazarının növbəti inkişaf mərhələsini təmin edib”. “Report” xəbər verir ki, bu barədə “SOCAR-CNG”dən bildiriblər.
Ənənəvi neft yanacaq növlərindən fərqli olaraq sıxılmış təbii qaz (“STQ”, beynəlxalq miqyasında “CNG”, yəni “Compressed Natural Gas”) neft əsasında yox, təbii qaz əsasında istehsal olunur. Təhlükəsiz və ekoloji baxımından təmiz STQ yanacağı ənənəvi yanacaq növlərindən qiymət baxımından daha sərfəlidir. Ölkəmizin təbii qaz ehtiyatları əsas verir ki, STQ yaxın gələcəkdə alternativ mühərrik yanacaq növü olaraq daha geniş tətbiq olunsun.
STQ yanacağın ənənəvi yanacaqlardan fərqli olaraq zəhərli tullantıların miqdarı daha azdır. STQ-nin istifadəsi zamanı dəm qazın miqdarı 90 faiz, karbon dioksigen isə təxmini 24 faiz daha azdır. STQ-nin tərkibində azot və kükürd olmadığı üçün müvafiq təhlükəli tullantıları yoxdur.
STQ yanacağı mürəkkəb emal prosesi olmadan istehsal olunduğu üçün qiymət baxımından daha əlverişlidir. STQ-nin əsas texniki göstəriciləri: təzyiq 200-250 bar, tərkibdə metan təxmini 90-95%, oktan rəqəmi isə təxmini 105-125-ə bərabərdir.
Hal-hazırda dünya miqyasında STQ digər yanacaq növləri ilə müqayisədə yeni mühərrik yanacaq növü kimi olduqca aktiv tətbiq olunmaqdadır. Beynəlxalq təcrübəyə nəzər salsaq, STQ-nin ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Çin, Hindistan, Rusiya, İtaliya, Avstriya, Almaniya və digər Avropa ölkələridir. Dünyada təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı 20 milyona yaxın, doldurma stansiyalarının sayı isə 20 mindən çoxdur. “Təbii Qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiasiyası”nın son illərin hesabatına görə, təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı iki rəqəm əmsalı ilə artıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “SOCAR-CNG” MMC-yə məxsus olan Zığ-Hövsan STQ Terminal stansiyası 2015-ci il iyun ayının 3-də istifadəyə verilib. Hal-hazırda Bakı şəhərində fəaliyyət göstərən “Baku-Bus” MMC-yə məxsus “IVECO” markalı müasir ictimai nəqliyyat növü olan avtobuslar “SOCAR-CNG” MMC-nin Zığ-Hövsan Terminal stansiyasında istehsal olunmuş STQ ilə işləyir. Zığ-Hövsan Terminal stansiyanın tikinti-quraşdırma işlərində dünyada mövcud olan ən müasir və təhlükəsiz texnologiyalardan, əsasən də İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlardan istifadə edilib. Qeyd edək ki, Zığ-Hövsan Terminal stansiyasında istehsal olunan STQ Azərbaycan Respublikasında qüvvədə olan “QOST 27577-2000” tələblərinə tam cavab verməsi ilə bərabər ən yüksək beynəlxalq standartlara uyğunluğu müstəqil xarici ekspertlər tərəfindən təstiqlənmişdir. Beləliklə, ARDNŞ-nin törəmə müəssisəsi “SOCAR-CNG” MMC Zığ-Hövsan STQ Terminal stansiyası səkkiz aydır ki, uğurla fəaliyyət göstərməkdədir”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın