Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sinan Oğan: “Mənim olduğum yerdə Azərbaycana sevgi…” (VİDEO)

Sinan Oğan: “Mənim olduğum yerdə Azərbaycana sevgi…” (VİDEO)

Buna şübhə yoxdur ki, Sinan Oğan olduğu yerdə Azərbaycan sevgisi hər zaman olacaq.
Bunu Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi olmuş və seçkilərin birinci turunda 2.8 milyondan çox səs alaraq, “seçki sürprizi” kimi ortaya çıxan, 28 mayda keçiriləcək ikinci turda açar rol oynayacağı gözlənilən Sinan Oğan İctimai TV-yə müsahibəsində deyib.
CHP başqanı Kamal Kılıçdaroğlunun qalmaqallı layihəsinə (Azərbaycansız İpək Yolu – red.) münasibət bildirən S.Oğan qeyd edib:
“Bundan əmin olun ki, istər Ərdoğan, istərsə də Kılıçdaroğlunun Azərbaycanın yanında olmadığı vaxtlar mən Azərbaycanın yanında idim. İndi də hər zaman Azərbaycandan yana olacam”.
İTV müxbiri həm Sinan Oğana, həm də Rəcəb Tayyib Ərdoğana Azərbaycanda böyük sevgi olduğunu, Azərbaycanın Sinan Oğan və Rəcəb Tayyib Ərdoğanı bir-birinə müxalif görmədiyini qeyd edərək, “Bu ikili sevginin sizin siyasətinizə təsiri olacamı” deyə, ikinci turdakı seçimində bu faktın təsiri olub-olmayacağını öyrənməyə çalışıb.
“Sevginin gücü önəmlidir” deyən Sinan Oğan isə konkret cavab verməkdən yayınıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …