Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Simonyanın uşaqları türkləri öldürməyə çağırdı

Simonyanın uşaqları türkləri öldürməyə çağırdı

“Rossiya Seqodnya” BİA və RT telekanalının baş redaktoru Marqarita Simonyanın 8 yaşlı qızı və 7 yaşlı oğlu türkləri öldürməyə çağırıb.

Bunu əks etdirən videonu Simonyan öz feysbuk səhifəsində paylaşıb.

Həmin videoda onun qızı Maryana və oğlu Baqrat “Zartnir, lao!” (“Oyan, oğul!”) erməni millətçi mahnısını ifa edirlər. Simonyan paylaşımının mətn hissəsində “Ermənistandakı bügünkü seçkilərə həsr olunur” sözlərini yazıb.

Ən parodoksalı isə – Simonyan təkcə erməniləri türkləri öldürməyə və onlarla mübarizəyə səsləyən, terrorçu-kamikadze, daşnak Arabonu (Arakel Mxitaryan) tərifləyən faşist mahnısını tirajlamır, həm də bütün erməni uşaqlarını etnik prinsip əsasında mübarizəyə səsləyərək irqçi təbliğatı inkişaf etdirir. Simonyanı faşizmə görə mühakimə etmək lazımdır!

Qeyd edək ki, Arakel Mxitaryan XIX əsrin sonlarında Osmanlı imperiyasında terrorçu erməni dəstələrinə rəhbərlik edib və dinc türk kəndlərinə tez-tez silahlı basqınlar həyata keçirib. Haqqın.az

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …