Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Silahlı Qüvvələrimiz zərbə əməliyyatlarını Ermənistan ərazisində aparmalıdır”

“Silahlı Qüvvələrimiz zərbə əməliyyatlarını Ermənistan ərazisində aparmalıdır”

“Mənə elə gəlir ki, yetər təmkin göstərdiyimiz. Ermənistanın təxribatının qarşısı qəti şəkildə alınmalıdır və onun içərilərinə doğru döyüş əməliyyatı aparılmalıdır”
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı ermənilərin bu cür təxribatlarının qarşısının ciddi şəkildə alınmasını təklif edib:
 
“Mənim buna münasibətim birmənalıdır, ermənilərin başı əzilməlidir. Bunlar yenidən Azərbaycana qarşı ərazi iddialarını ortaya qoyublar. İndi bir az məkan dəyişib, Qarabağ onların əlindən çıxıb, istəklərinə nail olmayıblar. İndi istəyirlər ki, otuz il müddətində Azərbaycanın sərhəd boyu tutmuş olduqları ərazilərini əldə saxlasınlar. Xüsusi olaraq nəzərə alsaq ki, Kəlbəcər istiqamətində o yerlər çox ciddi ərazi olmaqla bərabər, həm də ora yeraltı sərvətlərlə çox zəngindi, qızıl yataqları var, bundan əl çəkmək istəmirlər. Mahiyyət etibarilə həm də bu, Ermənistanın sülh sazişinə hazır olmadığını nümayiş etdirir. Ona görə də mənə elə gəlir ki, yetər təmkin göstərdiyimiz. Ermənistanın təxribatının qarşısı qəti şəkildə alınmalıdır və onun içərilərinə doğru döyüş əməliyyatı aparılmalıdır”.
 
Qeyd edək ki, dünən saat Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Şəhid Fərman Yaqublu 44 günlük Vətən Müharibəsində iştirak edib. Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə aktiv iştirak edən qəhrəman gizir Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Şəhidimizin atası Telman Yaqubov da Qarabağ savaşında şəhid olub. 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …