Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Silah anbarındakı partlayışla bağlı hadisə yerinə 10 təcili yardım briqadası göndərilib

Silah anbarındakı partlayışla bağlı hadisə yerinə 10 təcili yardım briqadası göndərilib

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

APA-nın əldə etdiyi məlumata görə, hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.

Həmçinin oxuyun

QHT-lər Vardanyanla bağlı Nobel Komitəsinə məktub göndərdi

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb. Sənədi 206 …

Bir cavab yazın