Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyxin bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Çünki münasibətlər artıq pozulub”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin İranla bağlı son açıqlamalarına münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa Yenicag.az-a deyib.

Deputat bildirib ki, QMİ sədrinin son açıqlamaları kifayət qədər Azərbaycan dövlətinin və millətinin maraqlarına uyğundur:

“Dəfələrlə şeyx bu istiqamətdə özünün ciddi dövlət adamı olduğunu sübuta yetirib. Xatırlayırsınızsa, 20 yanvarda onun bəyanatı o qədər müdhiş təsirə malik oldu ki, həm xalqa, həm də beynəlxalq ictimaiyyətə baş verən hadisənin mahiyyəti ilə bağlı ətraflı və ciddi informasiya əldə etmə imkanı yaratdı. İndi də şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına öz adı ilə münasibət bildirdirdi. Şeyxin obyektiv baxışını ortaya qoymasını cəmiyyətimiz təqdir edir.

Bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Azərbaycan cəmiyyəti şeyxin bu addımını kifayət qədər təqdir edir, müsbət qarşılayır.
Onun sərt bəyanatı hər hansı münasibətin pozulmasına gətirib çıxara bilməz. Çünki münasibətlər artıq pozulub. Biz Azərbaycan dövlətinə qarşı terror həyata keçirmiş İranın bu addımına öz adekvat diplomatik və siyasi cavabımızı verməliyik”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …