Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sergey Lavrov: “Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni səviyyəyə qalxıb”

Sergey Lavrov: “Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni səviyyəyə qalxıb”

“Aramızdakı görüş Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni səviyyə, müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsində olduğu dövrə təsadüf edir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə söyləyib.

“Vəziyyəti nəzərdən keçirmək, prezidentlərin qarşıya qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyini görmək üçün istənilən fürsət çox qiymətlidir. Onu da qeyd edim ki, bu il biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik, bir sıra rəngarəng, parlaq tədbirlər hazırlanır və yaxın vaxtlarda Rusiya-Azərbaycan sənədləri toplusu nəşrə hazırlanmalıdır”.

Rusiya xarici işlər naziri Moskva ilə Bakı arasında iqtisadi əməkdaşlığa da diqqət çəkib: “İki həftə əvvəl Bakıda növbəti toplantı keçirilib. Bizə elə gəlir ki, liderlərimizin bütün qərarları istiqamətində hərəkət etmək çox, çox faydalı olub. Biz ümid edirik ki, ilin ikinci yarısında vaxtilə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş növbəti regionlararası forumun təşkili mümkün olacaq”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …