Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Seçkilərdə iştirak edə bilərik” – Əli Kərimli

“Seçkilərdə iştirak edə bilərik” – Əli Kərimli

“Əgər, vəziyyət indiki kimi qalacaqsa, bu şərtlə heç bir seçkidə iştirak etməyəcəyik”.

Bu sözləri AXCP sədri Əli Kərimli “Amerikanın Səsi” radiosuna müsahibəsində növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə məlumatları şərh edərkən bildirib.

Əli Kərimli vurğulayıb ki, AXCP-nin seçkidə iştirak edib-etməməyi konkret olaraq ciddi səbəblərə bağlıdır: “Seçki komissiyalarının tərkibi, ölkədə fundamental azadlıqların olub-olmaması, “Seçki Məcəlləsi”nin seçki kampaniyasına, rəqabətə imkan verib-verməməsi, ölkədə mətbuat azadlığının olub-olmaması, bu faktorlara görə seçkidə iştirak edib-etməməyimizi müəyyənləşdiririk”.

O, AXCP-nin növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb:“Tələb etdiyimiz seçki islahatları olarsa əlbəttə ki, seçkilərdə iştirak edə bilərik”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …