Ana səhifə / Siyasət / Seçkilərə cəmiyyətdən reaksiyalar: Təəssüf, təəccüb, razılıq

Seçkilərə cəmiyyətdən reaksiyalar: Təəssüf, təəccüb, razılıq

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. Seçki prosesi, səsverməyə cəmiyyətdə birmənalı münasibət yoxdur. Əksər vətəndaşlar durumdan narazılığını ifadə edirlər.

Bu məqam AYNA-nın sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi kiçik sorğuda da əksini tapıb. Belə ki:

Jalə Məmmədli: “2020-ci ildə bir ölkə üçün, bir millət üçün yaraşmayan seçki oldu. Biz belə olmamalı idik. Seçkiyə laqeyd yanaşıb getməyən minlərlə vətəndaş, səsverməyə gedib orda saxtakarlıq edən vətəndaş, getməyənlərin yerinə saxtakarlıq edənlər… Bir sözlə, çox ağırdır bunları görmək. Məyusam və umidsizəm”.

Ülviyyə Şahin: “İştirak etdim, bir çox biabırçılıqların şahidi oldum. Və bir daha mənə aydın oldu ki, bu millət çox geridə qalıb”.

Tərxan Paşazadə: “İndiyə qədər keçirilmiş bütün seçkilərdə iştirak etmişəm. Son seçki də digərlərindən istisna olmadı. Şəxsən vicdanım rahatdır. Amma nəticələr dəhşətli dərəcədə utancvericidir. Düşünürəm ki, bu seçkilərdən sonra ingilis dilini öyrənənlərin, “Green Card” üçün müraciət edənlərin sayı daha da çoxalacaq. İntellektuallar üçün, ölkənin xoşbəxt gələcəyini fikirləşənlər üçün bu ölkədə yaşamaq böyük faciədir”.

Mahir Ələkbərov: “İştirak etdim və bir daha əmin oldum ki, Azərbaycanda şəffaf seçki anlayışı yoxdur. Dünənki mənzərə bəzi insanların vicdanını, şərəfini itirdiyinin göstəricisi oldu. Təəssüf!”.

Vüqar Quliyev: “Mən saat 13:00-da səs verdim. Vərəqlərdə adımı axtaranda baxdım ki, hec kəs səs verməyib. Həmin məntəqədən Qüdrət Həsənquliyev seçildi”.

Nuranə Daxilqızı: “Seçkilərin şəffaflığına inanmadığım üçün iştirak etmədim. Nəticələrlə isə tanış oldum və təbii ki, razı qalmadım. Kadr islahatları aparılırsa, gəncləşmə siyasəti yürüdülürsə, 70 yaşlı namizədlərin seçilməsi verilən vədləri əks etdirirmi, bilmirəm. Yenə də kreslo həvəkskarları keçib oturacaq öz yerlərində, həmişə olduğu kimi haqq edənlər isə kənarda qalacaq”.

Ramil Məmmədov: “Artıq 4-cü dəfə idi ki, müşahidəçi missiyasını yerinə yetirirdim. Bizim məntəqədə heç bir qanun pozuntusu aşkarlanmadı”.

Rauf Alagöz: “Çox əyləncəli idi. Millət ürəyini doyunca boşaltdı”.

Namiq Qurbanlı: “Getməyim yaxşı olsa da, ortada bir şey görmədik. Çox üzgünəm. Tanrının bu minvalla yar olacağına inanmıram. Məyusam”.

Bahəddin Həzi: “Bu, seçki deyildi, nəsə başqa bir şey idi”.

Bağı Xəlili: “Narazı seçicilər həmişə olub. Bu, təbii haldır. Çünki əvvəlki illərdən fərqli olaraq bu il daha maraqlı keçdi. Bəzi məntəqələrdə ola bilər ki, neqativ hallar baş verib. Mən seçkidə nəinki iştirak etdim, hətta exit-polla da qatıldım. Məntəqədə olan seçicilərin əksəriyyəti seçilən namizədə səs vermişdilər. Bu dəfə “saxtakarlıq var” deyən namizədlərin və tərəfdarların əksəriyyəti etikadan kənar təbliğatla məşğul oldu”.

İlhamə Rəsulova: “Elə bil, “Danabaş kəndinin əhvalatları”nı yaşadıq, amma bir az daha fərqli formada. Namizədlərin müşahidəçiləri rəsmən “dartma, yaxam cırıldı” şousu göstərirdilər. Himə bənd idilər ki, kimisə “zibilə” salsınlar”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …