Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Seçkidən sonra Şamaxıda nə baş verib?

Seçkidən sonra Şamaxıda nə baş verib?

Deputatlığa iddiaçıların tərəfdarları aksiya keçiriblər; Namizədin qardaşı saxlanılıb və 50 manat cərimələnib

Yasəf Ağazadə: “Saxlanılanların hamısı azadlıqdadır”
Noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı yaranan söz-söhbətlər səngimək bilmir. Müəyyən narazılıqların olduğu bildirilən dairələrdən biri də 85 saylı Şamaxı seçki dairəsidir.
Rayon sakinləri əvvəlki deputat Elxan Süleymanovun yenidən qalib olmasına öz etirazlarını bildirirlər. İş o yerə çatıb ki, deputatlığa namizədlərin tərəfdarları nəticələrə etiraz olaraq aksiya keçiriblər.
Aksiyada 5 nəfərin saxlanıldığı barədə xəbərlər yayılıb. Lakin Şamaxı Rayon Polis İdarəsindən bir nəfərin saxlanıldığı, barəsində inzibati qaydada protokol tərtib edildiyi və sərbəst buraxıldığı bildirilib.
Müsavatın Şamaxı təşkilatının sədri Yasəf Ağazadə yayılan xəbərləri təsdiqlədi: “Seçkinin gedişatından iki gənc namizəd narazı idi. Əsas narazılığa səbəb odur ki, seçkidə 10-15% seçici ancaq iştirak edib. Lakin 50 faizdən yuxarı yazıblar. Biabırçı vəziyyətdə seçki keçirilib. Polislər aksiya keçirənlərə təzyiq göstəriblər. Bir neçə etirazçını polis bölməsinə aparıblar. Aksiyada əsas deputatlığa namizədlərin nümayəndələri iştirak ediblər. Seçkinin nəticələrinin ləğv edilməsini tələb ediblər. Seçki əvvəlki deputat Elxan Süleymanovun diqtəsi ilə keçib. Tərəfdarları aksiya keçirən deputatlığa namizədlərdən biri Vəfalı Fətəliyevlə görüşdüm. O, bildirdi ki, kütləvi narazılıq olub. Nəticədə Şəhriyar adlı deputatlığa namizədin atasını və qardaşını saxlayıblar. Qardaşını 50 manat cərimələyərək, azad ediblər. Hazırda saxlanılanların hamısı azadlıqdadır”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın