Ana səhifə / Siyasət / Seçiciləri 15 ilin spikerini tanımadı – Video

Seçiciləri 15 ilin spikerini tanımadı – Video

Təxminən bundan 10 gün əvvəl Milli Məclisin spikeri Oqtay Əsədovla bağlı maraqlı video yayılıb. “Mediatv” Abşeron rayonu ərazisində onunla bağlı sorğu keçirib və respodentlərə “Siz Abşeron rayonunun deputatını tanıyırsınızmı?” sualı verilib. Cavab verənlərin demək olar ki, hamısı rayonun deputatını tanımadığını bildirib.

Həmin sorğudan bir müddət sonra isə fevralın 9-da  keçiriləcək növbədənkənar Parlament seçiklərində də namizəd olan 15 ilin deputatı Oqtay Əsədov buna cavab verib. Belə ki, spikerin yeni açılmış “Facebook” səhifəsində yayılan videoda Abşeron rayonunda sorğu keçirildiyi və sakinlərin əksəriyyətinin O. Əsədovu yaxşı tanıdığı və qarşıdan gələn seçkilərdə də onu dəstəkləyəcəyi əks olunub. 

Sözügedən videomaterial “West News” adlı “Youtube” səhifəsində yerləşdirilib və O. Əsədovun Feysbuk hesabında isə daha geniş kütlələrə yayılması üçün sponsorlu paylaşılıb. 

Xatırladaq ki, 45 saylı Abşeron seçki dairəsindən son 10 ildir ki, Oqtay Əsədov millət vəkilidir. Bundan əvvəl isə Binəqədi rayonundan deputat olub. O, həm də Milli Məclisin sədridir. 

Sorğunu təqdim edirik:

İlk video:

İkinci video:

Həmçinin oxuyun

Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir – Sabir Rüstəmxanlı

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi …