Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Sarkisyan: “Qarabağ heç vaxt Azərbaycanın olmayacaq”

Sarkisyan: “Qarabağ heç vaxt Azərbaycanın olmayacaq”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bəyan edib ki, o heç vaxt “siyasət səngərini” tərk etməyəcək. O bəyan edib ki, “təslimçilər çıxıb getməlidirlər və xalq dövlətyönlü hökumət seçməlidir”.

Sarkisyan bu bəyanatı martın 18-də Yerevanda onun barəsində açılmış cinayət işinə baxan dinləmədən sonra məhkəmə binasının qarşısına toplaşmış tərəfdarlarına verib:

“İstər Ermənistanın daxilində, istərsə də onun xaricində Artsaxın (Dağlıq Qarabağ – red) status məsələsinin artıq həll olunduğunu düşünənlərin hamısı başa düşməlidir ki, Artsax və yaxud ondan nə qalıbsa, heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Təəssüf ki, faciənin qarşısını aımaq mümkün deyildi. Amma mən bu faciədən sonrakı dirçəlişin yolunu görürəm. Təslimçilər çıxıb getməli və xalq dövlətyönlü hökumət seçməlidir…”

Sarkisyan deyib ki, hakimiyyət Artsaxın  azadlığı və müstəqilliyi uğrunda mübarizənin əsasını qoyanların gözdən salınmasını məqsəd qoyub. Onun sözlərinə görə indiki hakimiyyət bununla da Qarabağ məsələsini “dəfn etməyə” çalışıb:

“İki il əvvəl saxta cinayət işi qaldırılıb. Bu iş üzrə mənə qarşı absurd ittiham irəli sürülüb. Ötən il, mən elə bu yerdə dayanaraq demişdim ki, Artsax  heç vaxt Azərbaycanın tərkibində olmayacaq. O vaxt çoxları bu sözlərin mənasını anlamamışdılar, buna kinayə ilə yanaşmışdılar. Mən bununla hazırkı cinayət işinin hansı real məqsədlər güddüyünü anlatmağa çalışmışdım…”

Keçmiş prezident deyib ki, onun sıralarını tərk edənlər olsa da, o hələ də rəqabətə qabil komandaya malikdir və onlar “güclü milli dövlət” naminə mübarizə aparacaqlar: “Mən siyasət səngərini heç vaxt tərk etməyəcəyəm və ümumiyyətlə səngər tərk edənlərdən deyiləm. Mən öz həyat yolumla bunu sübüt etmişəm. Mən Ermənistan xalqının, erməni xalqının naminə çox asanca vəzifəmi kiməsə verərəm, amma erməni dövlətçiliyini qoruyan səngəri heç vaxt tərk etmərəm”.

Sarkisyan vurğulayıb ki, keçmiş hakim Respublika Partiyası mübarizəni davam etdirəcək. TASS xəbər agentliyinin yazdığına görə Sarkisyan bildirib ki, onun partiyası növbədənkənar parlament seçkisində iştirak barədə qərarını hələ qəbul etməyib.

Sarkisyan dövlət vəsaitlərinin xüsusilə külli məbləğdə oğurlanmasında ittiham edilir. Serj Sarkisyanın da fiqurant olduğu cinayət işi 2019-cu ilin sonlarında qaldırılıb. Həmin vaxt Sarkisyanın barəsində ölkədən çıxmayacağına dair yazılı iltizam verməsi tədbiri tətbiq edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …