Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib

“Samsung” korporasiyası yeni “Galaxy Note8” smartfonunu təqdim edib.

AZƏRTAC xəbər verir ki, smartfon 1440×2960 piksel təsvir ölçülü və 18,5:9 tərəflər nisbətinə malik 6,3 düymlük displeylə təchiz edilib. Qurğunun korpusu şüşə və metaldan hazırlanıb, həmçinin “IP68” standartına uyğun olaraq su və toza qarşı davamlıdır. “Note8”, həmçinin səkkiznüvəli “Exynos 8895” prosessoru və 6 giqabaytlıq əməli yaddaşla təchiz edilib.

Qurğunun əsas özəlliyi ikiqat kameranın mövcud olmasıdır. Hər iki modul 12 meqapiksel təsvir ölçüsünə və optik sabitləşmə sisteminə, eyni zamanda, 8 meqapiksellik ön sensora malikdir.

Akkumulyatorun tutumu 3300 milliamper/saat təşkil edir, “USB Type-C” interfeysi vasitəsilə enerjidoldurma imkanı nəzərdə tutulub. Bundan başqa, qurğu “Gear 360” kamerası, “Gear S3” smart saatı, “DeX” birləşdirici stansiya və “Gear VR” eynəyi ilə işi dəstəkləyir. Artıq “Samsung”un rəsmi saytında “Galaxy Note 8” smartfonunu ilkin sifariş etmək olar.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın