Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Samsung” şirkəti “Galaxy Note 7” smartfonunu satışa qaytarır

“Samsung” şirkəti “Galaxy Note 7” smartfonunu satışa qaytarır

“Samsung” şirkəti “Galaxy Note 7” smartfonunu yenidən satışa qaytarır.

Azinforum.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, məşhur model smartfon növbəti bazar günü Cənubi Koreya bazarına qayıdacaq.

Modifikasiya edilmiş “Galaxy Note 7”-nin batareyası da yenilənib. Bu telefonlarda akkumulyatorun üzərində sarı işarə olacaq ki, bu da onun etibarlılığını ehtiva edəcək.

Qeyd edək ki, ABŞ-da “Galaxy Note 7” markalı smartfonunu avtomobildə unudan vətəndaşın maşını qəfildən yanıb. Məlum olub ki, buna səbəb smartfonun keyfiyyətsiz akkumulyatoru olub. Zərərçəkənə kompensasiya ödəməyi vəd edən “Samsung” bütün “Galaxy Note 7” sahiblərinə smartfonlarını diler mərkəzlərə təqdim edib batareyalarını dəyişdirmək barədə müraciət ünvanlayıb. Sentyabrın 11-nə qədər 1,7 milyard ədəd müraciət qəbul edilib.

“Samsung” şirkəti artıq keyfiyyətsiz akkumulyator istehsal edən şirkətlə müqaviləni pozub.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın