Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Samir Adıgözəllidən akademikə sərt etiraz: Ramiz Mehdiyev bu qadağaları yaxşı bilir…

Samir Adıgözəllidən akademikə sərt etiraz: Ramiz Mehdiyev bu qadağaları yaxşı bilir…

“Bildiyiniz kimi əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tuan xüsusi karantin rejimi tətbiq olunub. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb”.


Azinforum.az xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) sədri Samir Adıgözəlli bildirib.
O, qeyd edib ki, əgər xüsusi karabtin rejimi tətbiq olunubsa, bu səpkidə qanunlar qəbul olunubsa, qərar hərkəsə aiddir: “Vəzifəli şəxslərin bu qanunları pozması və əhalidə çaşqınlıq oyatması bir başa prezidentə qarşı təxribatdır. AMEA prezdenti Ramiz Mehdiyev bu qadağaları çox yaxşı bilir. Bunu bilə-bilə qadağalırı pozması bir mənalı deyil. Biz aylardı əhalini karantin rejiminə əməl etməsi üçün çağırıçlar edirik. İndi çıxıb xalqa nə deyək? Ramiz Mehdiyev nəvəsinə toy edirsə, Siyavuş Novruzov, digər vəzifəli şəxslər və tanınmışlar orda iştirak edirsə xalq narazılığını bildirməkdə haqqlıdır. Bu bir başa ictimai siyasi mühütü pozmaq və başqa fikirlərə xidmət etmək deməkdir.
Bu gün məhkəmə qərarı dövlətin prinsipial və ədalətli qərarının göstəricisidir. Qanuna əməl etməyən hərkəs öz cəzasını alır. Bəzi vəzifəli şəxslər bilməlidirlər ki, qanunlar qəbul olunanda hərkəs üçün tədbiq olunur”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …