Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Samir Adıgözəlli Məhəmməd Mirzəli-Tural Sadıqlı özünüişfasından danışdı- “Yal davası…”

Samir Adıgözəlli Məhəmməd Mirzəli-Tural Sadıqlı özünüişfasından danışdı- “Yal davası…”

Avropada yaşayan siyasi mühacirlər Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birini ifşa edib. Adıçəkilən gənclərin Azərbaycanda keçirilən son prezident seçkiləri öncəsi birliyinin səbəbi də məlum olub. Aydınlaşıb ki, onları xaricdən alınan qrantlar birləşdirib. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq hədəfi qoyulub. Məhəmməd Mirzəli sosial şəbəkədə Tural Sadıqlı haqda bunları yazıb: “Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı youtubedən sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə, birgə nəyəsə razılaşsaydıq, təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, “xalqın layihəsi”ni də qrant üçün etdin, mən bu dəqiqənin özündə belə xalqın layihəsini etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, elə yazmısan ki, yanımıza çəkdik, filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm”.
“Made in Azerbaijan” səhifəsinin admini olan Məhəmməd daha sonra Turalı satqınlıqda da ittiham edib:
“Sənin qardaşın iki kilo heroinlə şərlənir azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etditiklərini isə saxlayıram ikinci yazıya”.

Tural Sadıqlı isə öz növbəsində yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib.
Məhəmməd Mirzəlinin şikayəti əsasında “youtube”də “Azad söz” səhifəsindən şikayət edilib və səhifə bağlanıb.

Əslində, yaranmış bu qalmaqal uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lərin və bir sıra siyasi xadimlərin iddia etdiyi fikirlərin doğruluğunu üzə çıxarıb. Məlum oldu ki, siyasi mühacirətdə olan bəzi şəxslərdən Azərbaycan dövlətinə qarşı bəzi dairələr məqsədli şəkildə istifadə ediblər. Bu qalmaqal daha hansı həqiqətləri üzə çıxarmış oldu?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, əslində, xaricdə yaşayan həmin mühacirlər aralarında yaşanan qalmaqalla bizim bildiklərimizi sadəcə öz dilləri ilə təsdiqləmiş oldular: “Burdan bir daha göründü ki, Azərbaycanda son prezident seçkilərinin keçirilməsi vaxtının irəli çəkilməsi ilə bağlı nə qədər doğru addım atılıb. Məhəmmədlər, Turallar həmin prosesdə bir zərrəcik rolunu oynayırdılıar. Məqsəd o idi ki, xaricdə olan həmin söyüşçül dəstəni işə salıb ölkədəki ictimai rəyi qanunsuz metodlarla dəyişməyə nail olunsun və bunun da nəticəsində bəzi qüvvələr öz məkrli niyyətlərini həyata keçirə bilsinlər. Həmin söyüş kampaniyasının arxasında yalnız onu icra edənlərin olmadığını biz elə onlara cavablar verəndə deyirdik. Həmin şəxslərin hər birinin idarə etdiyi səhifədə mənim adım bloka salınıb. Mənim bir profilim var və öz adımla yazıram. Görürsünüzmü, onlar bir adamın yazdığı həqiqətlərə belə dözümlü yanaşmaq iqtidarında deyildilər. Çünki biz həqiqəti yazırdıq və bu onlara sərf etmirdi. O adamların kimliyilə maraqlansanız görərsiniz ki, onların jurnalistikaya, siyasətə heç bir aidiyyəti yoxdur. Yaxşı həyat dalınca, müxtəlif bəhanələrlə xaricə qaçıblar. Orda da yaxşı pul qazanmaq eşqinə düşdükləri üçün öz ölkələrinə qarşı təşkil edilən belə provokativ layihələrdə yer alıblar”.
Samir Adıgözəlli deyir ki, həmin adamların mübahisə etdiyi mövzulara diqqət etmək onların kim olduğu barədə aydın təsəvvür yaratmış olur: “Görün onlar hansısa ideolji fikir ayrılığı səbəbindən və ya başqa mühüm dəyərlər uğrunda mübahisə edirlərmi? Xeyr! Yalnız pul davası aparırlar. Biri o birinə deyir ki, qrantı alıb məndən istifadə edibsən, pulu da tək yeyibsən. İstifadə deyəndə bilirsinizmi nə nəzərdə tutulur? Öz ölkəsinin simvollarını, atributlarını təhqir etmək! Özü də 5-10 qəpiyə görə. Həmin naqis hərəkətlərin hamısı seçkinin taleyini qanunsuz yollarla dəyişməyə hesablanmışdı. Ancaq ortada olan mənzərə göstərir ki, deyilən şəxslər xalqın yaddaşında söyüş söyən cavanlardan başqa heç nələri ilə qalmadılar. Mənə elə gəlir ki, bundan böyük özünüifşa ola bilməz. Yaxşı olardı ki, onların yolunu gedən digərləri də bu acı aqibətdən örnək götürüb, səmərəli bir işlə məşğul olsunlar”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …