Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Şamil Ayrım: “Onlar Türkiyənin 106 il bundan əvvəlki dövlət olmadığını bilməlidirlər”

Şamil Ayrım: “Onlar Türkiyənin 106 il bundan əvvəlki dövlət olmadığını bilməlidirlər”

“Co Bayden ABŞ-da prezident seçkiləri zamanı erməni lobbisinin təsiri altında verdiyi vədi yerinə yetirdi. O, erməni dilində “böyük fəlakət” mənasını verən “meds yeghern’ ifadəsini işlətdi”.

Bu sözləri “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Türkiyəli deputat bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi xarakterizə edən heç bir milli və beynəlxalq məhkəmə qərarı yoxdur.

Ş.Ayrımın sözlərinə görə, Baydenin bu bəyanatı Ermənistanı və onu dəstəkləyən qüvvələri sevindirsə də, lakin onlar Türkiyənin 106 il bundan əvvəlki dövlət olmadığını da bilməlidirlər: “Türkiyənin sərhədlərini tanımayan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistanın xəyallarının reallaşmasının mümkün olmadığını bir daha xatırlatmaq istəyirəm. Hesab edirəm ki, ABŞ prezidentinin məlum bəyanatının heç bir hüquqi əsası yoxdur”.

“1992-ci ildə Xocalıda törədilən soyqırımı etiraf etməyənlər, Azərbaycan torpaqlarının 30 illik işğalına göz yumanlar, tarixi həqiqətləri təhrif edərək yenidən tarix yazmağa çalışanlar bunun cavabını verəcəklər”, – Şamil Ayrım bildirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …