Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Salyanın Qaz İdarəsinin müdirini rüşvətə görə işdən qovdular

Salyanın Qaz İdarəsinin müdirini rüşvətə görə işdən qovdular

Salyan Regional Qaz İdarəsinin rəisi Xəyyam Rzayevi rüşvətə görə işdən çıxarıblar. 3 gün əvvəl X.Rzayev kabinetində nazirlərdən birinin yaxın qohumundan texniki şərt vermək üçün 3 min 800 manat rüşvət alarkən videoya çəkilib.
Bu məlumatı musavat.com-a Salyandan veriblər. Mənbəmiz iddia edir ki, çəkiliş sonradan “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə göndərilib. Bundan sonra X.Rzayevin tutduğu vəzifədən azad olunması məsələsi aktuallaşıb. “Azəriqaz”a çağırılan X.Rzayevin işdən qovulması sənədləşdirilib. Yaxın günlərdə Dövlət Neft Şirkətinin daxili audit şöbəsinin Salyan Regional Qaz İdarəsini yoxlayacağı haqda da məlumat var.
Xatırladaq ki, mətbuat indiyədək Xəyyam Rzayev haqda çox yazıb. O, əsasən Salyanda qaz sayğaclarının quraşdırılması üçün abonentlərdən xərac toplanması mövzusunda gündəmə gəlib. Rayonun Qarabağlı, Kərimbəyli, Qaraçala kəndlərində əhalidən qeyri-rəsmi rüsum tələb edildiyi barədə sakinlər “Yeni Müsavat”a məktub göndəriblər. Məktubda bildirilirdi ki, adıçəkilən kəndlərdə 93 fərdi istixanalar var. Bu istixanalara qaz sayğacı quraşdırmaq üçün vətəndaşlardan Xəyyam Rzayevin göstərişi ilə pul istənilir. Xəyyam Rzayev son vaxtlara qədər Dövlət Neft Şirkətində Təchizat İdarəsinin rəisi işləyən əmisi Ağasəf  Rzayevin himayəsində olub. Ağasəf Rzayev isə artıq yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
“Azəriqaz”dan musavat.com-a bildirilib ki, bu haqda onlarda məlumat yoxdur.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın