Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Salome Zurabişvili: “Gürcüstan və Azərbaycan 100 il əvvəl Avropanı qabaqlayaraq azadlıq yolunda addım atıb”

Salome Zurabişvili: “Gürcüstan və Azərbaycan 100 il əvvəl Avropanı qabaqlayaraq azadlıq yolunda addım atıb”

“Gürcüstan və Azərbaycan arasında istənilən məsələ yalnız dialoq yolu ilə həll oluna bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın Respublika Günü və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı bildirib.

S.Zurabişvili Azərbaycan dövlətini və xalqını Respublika Günü münasibətilə təbrik edib.

O, qeyd edib, Gürcüstan və Azərbaycan 100 il bundan əvvəl Avropanı qabaqlayaraq azadlıq yolunda addım atıb.

Dövlət başçısı nəqliyyat baxımından Cənubi Qafqaz bölgəsinin cəlbedici olduğunu qeyd edərək, Azərbaycanla birgə həyata keçirilən iri layihələrin əhəmiyyətindən danışıb.

O, həmçinin qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin vacib hissəsidir.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …