Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Şairin 12 yaşlı nəvəsinin müəmmalı ölümü – Təfərrüatlar

Şairin 12 yaşlı nəvəsinin müəmmalı ölümü – Təfərrüatlar

“Fərəh imtahanları ilə bağlı depressiyaya düşmüşdü”

Bunu AzNews.az-a açıqlamasında şair Oqtay Əliyev (Ərgünəş) 12 yaşlı nəvəsi Fərəh Yaqubovanın ölümünə münasibətində deyib. O.Əliyev bildirib ki, nəvəsi nənəsinin qan təzyiqini aşağı salan dərman preparatlarını içib:

“Düşüb şoka. Biz də bundan gec xəbər tutduq. Özü dedi ki, dərman içmişəm. Apardıq həkimə, amma gec idi. Həkimlər onu bu vəziyyətdən çıxara bilmədilər”.

Ötən gün axşam saatlarına 12 yaşlı Fərəh Yaqubova Səbail rayonu Badamdar qəsəbəsindəki evində çox miqdarda dərman qəbul etdikdən sonra huşunu itirib. Dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən Fərəh Yaqubovanın həyatını xilas etmək mümkün olmayıb.

F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi.

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın