Ana səhifə / Siyasət / Şair Ramaldanov: “Gələcəkdə Azərbaycan S-400 ala bilər”

Şair Ramaldanov: “Gələcəkdə Azərbaycan S-400 ala bilər”

Səudiyyə Ərəbistanı Çin və Türkiyədən sonra Rusiyadan S-400 “Triumf” uzaqmənzilli raket komplekslərini alan üçüncü ölkə olub. Rusiyada bu yeni nəsil raketlər 2007-ci ildən istifadədədir. Bu raketlər yerüstü obyektlərə, aviasiyaya, qanadlı və ballistik raketlərə qarşı, həmçinin yaxın kosmosda yerləşən obyektləri vurmaq üçün istifadə oluna bilər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov virtualaz.org-a bildirib ki, hələlik bu silahın Azırbaycan tərəfindən alınmasına elə bir zərurət yoxdur.

“Əlbəttə, gələcəkdə Azərbaycan bu raket komplekslərini ala bilər, buna maddi imkanlarımız da yol verir. Lakin hələlik buna zərurət görmürəm, çünki Azərbaycan ordusunun hazırda əlində olan müasir silahlar bütün vəzifələri yerinə yetirməyə imkan verir”, – Ş.Ramaldanov bildirib.

Polkovnikin sözlərinə görə, S-400 komplekslərinin potensial alıcıları təhlükəsizlik üzrə qlobal öhdəlikləri olan iri dövlətlərdir. “İş burasındadır ki, belə ölkələrin rəqibləri də iri dövlətlərdir. Azərbaycan isə özünün silah ehtiyatını hazırkı imkanları və mövcud olan vəzifələr əsasında qurur”, – polkovnik deyib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …