Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Sahibsiz qalan “Laçın”: 2 qardaşın ölümü və 3-cü qardaşı sahibkara çevirəcək? – FOTOLAR

Sahibsiz qalan “Laçın”: 2 qardaşın ölümü və 3-cü qardaşı sahibkara çevirəcək? – FOTOLAR

“Laçın” Ticarət Mərkəzinin sahibinin vəfat etməsi haqda məlumat vermişdik. Bazarın sahibi “Laçınlı Maqsud” kimi tanınan Maqsud Vəliyevin uzun müddət əziyyət çəkdiyi şəkər xəstəliyindən dünyasını dəyişdiyi deyilir.  
M.Vəliyevin vəfat xəbəri dünən – noyabrın 17-də bazarda çalışan sahibkarlara səhər saatlarında verilib. Dəfn mərasimində iştirak edən sahibkarlar mağazaları açmayıblar.
Ticarət mərkəzinin bu gün də işləməyəcəyi deyilirdi. Lakin bazar bu gün açılıb.
Musavat.com-un əməkdaşı bu gün ticarət mərkəzində olub.
Saat 11 radələrində bazarda mağazaların bir çoxu açılmışdı. Mağaza sahibləri əvvəlki kimi işlərini davam etdirirdilər. Lakin sahibkarlar bundan sonra onları gözləyən proseslərdən narahatdırlar.
Bazar rəhbərliyinə kimin gələcəyi ilə bağlı suallar hələlik cavabsız qalıb. Qeyd edək ki, bazar artıq ikinci dəfədir, rəhbərini dəyişir.
Bazarın ilk sahibi Yusif Vəliyev olub. Y.Vəliyev vəfat etdikdən sonra bazara rəhbərliyi ortancıl qardaş olan Maqsud Vəliyev edib. Vəliyevlər 3 qardaş olublar. Hazırda bazarın rəhbərliyinə keçəcək şəxsin sonuncu qardaş olacağı gözlənilir.
Bazarda olarkən sahibkarlarla söhbətimiz zamanı məlum oldu ki, onlar yeni rəhbər gəldikdən sonra müəyyən dəyişiklərin olacağını gözləyirlər. Necə ki, Maqsud Vəliyev bazara rəhbər gələndən sonra olduğu kimi…
Qeyd edək ki, bazarın adı bir neçə dəfə mətbuatda qalmaqallı məsələlərdə hallanıb. Sonuncu dəfə M.Vəliyev DYP və İcra Hakimiyyətinin nümayəndələri ilə bazarın qarşısındakı boş ərazidə parkomat quraşdırılması məsələsinə görə üz-üzə gəlmişdi. M.Vəliyev parkomat quraşdırılmasına razılıq vermədiyi üçün bir neçə gün ərazidə gərginlik yaşanmışdı.
Nəhayət, bazar rəhbərliyi ilə İcra Hakimiyyəti arasındakı danışıqlardan sonra parkomat məsələsi həll olundu və iş M.Vəliyevin xeyrinə həll olundu.
Ancaq bəzi ehtimallara görə, “Laçın” Ticarət Mərkəzinin taleyi hələlik sual altındadır.





Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın