Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Saday Şəkərlinin məhkəməyə gəlməyə taqəti yoxdur”

“Saday Şəkərlinin məhkəməyə gəlməyə taqəti yoxdur”

Hazırda həbsdə olan tanınmış şair Saday Şəkərlinin səhhətində ciddi problemlərin yaranması ilə bağlı informasiyalar dolaşmaqdadır. Məlum məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Saday Şəkərlinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev bu informasiyaların doğruluğunu təsdiqləyib. E.Quliyevin sözlərinə görə, S.Şəkərli hazırda bir sıra xəstəliklərdən ciddi əziyyət çəkir:
“Saday Şəkərli həqiqətən xəstədi. O, hələ həbs olunmamışdan öncə şəkərdən, qan təziqindən və ürək-damar xəstəliklərindən əziyyət çəkirdi. Həbsxanada isə bu xəstəliklər daha da şiddətlənib. Onun əziyyət çəkdiyi xəstəliklər riskli xəstəliklər qrupuna aiddir. Hazırda o, tibb müəssisəsindədir və məhkəməyə gəlməyə taqəti yoxdur. Bir sözlə, S.Şəkərlinin durumu kifayət qədər kritikdir”.
Xatırladaq ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Şəkərli Yazıçılar Birliyinin üzvüdür.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın