Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Sabirabadın icra başçısı postu uğrunda çəkişmə…

Sabirabadın icra başçısı postu uğrunda çəkişmə…

Sabirabadın icra başçısı postu uğrunda çəkişmə…
Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev idarədə isləyən qohumları və yaxınlarına bildirib ki, çalışan qədər nöqsansız və qüsursuz işləsinlər. Buna səbəb isə Elman Nuriyevin qohumlarının ona arxalanaraq özlərini digər işçilərdən üstün tutmasıdır. Bu hal idarə rəisini çətin duruma qoyub əlavə xərcə salıb, söz-söhbətə yol açıb. İki il əvvəl idarə rəisinin qohumu olan Cavad kənd sakini Zabit Ağayev ona məxsus UAZ markalı avtomaşında qanunsuz dizel yanacağı satarkən Kürdəmir RPŞ-nin polis kapitanı Aqil Kərimov tərəfindən saxlanılmışdır. Zabit Ağayev polisə tabe olmamaq üçün özünü yandırmışdı. Zabit Ağayevin yanacaq satarkən tutulması , özünü yandırması və yüngül yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi ölkə boyu kütləviləşdi, idarə rəisini çətin vəziyyətə saldı. Hətta, Elman Nuriyevə qohumunun yanacaq satmasına dair deyil, özünü yandırmasına görə ciddi şəkildə irad bildirilmişdir. Bu səbəbdən də idarə rəisi qohumlarına tapşırıb ki, özlərini maksimum səviyyədə nümunəvi aparsınlar.

Mənbənin verdiyi məlumata görə, idarə rəisi adının hallanmasını hazırda da istəmir. Çünki, onun müəyyən “planları” var ki, bu barədə də hələlik plan müəllifi məxfi qalmağı üstün tutur.

Faktinfo.az saytı olaraq bir müddət əvvəl Elman Nuriyevin Sabirabad rayon İcra Hakimiyyətinin başçısı olmaq ehtimalını vurğulamışdıq. Hətta onda qeyd etmişdik ki, Elman Nuriyev icra başçısı olmaqla bərabər, həm də Sabirabad rayonunda yerləşən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus idarələri nəzarətdə saxlamaq istəyir. Bir il bundan qabaq qeyd etdiyimiz məsələ hazırda da qüvvəsini saxlayır. Çünki, Sabirabadda yerləşən meliorasiya idarəsi rəhbərlərindən birinin Elman Nuriyevin rayona rəhbərliyinin faydalı ola biləcəyini vurğulaması zamanında irəli sürdüyümüz ehtimalları doğruldur. Bu təsadüfi sayıla bilməz və planlaşdırılmış işin tərkib hissəsidir. Hətta, Elman Nuriyev rayonun rəhbəri olacağı halda yerinə müavini Paşa müəllimin təyin edilə biləcəyi vurğulanır.

Məlumat üçün bildirək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi kifayət qədər vəsait israfçılığına yol vermiş bir idarə olub. Orada külli-miqdarda dövlət vəsaitinin özününküləşdirilməsi idarə rəisi üçün çətin olmayıb. Dövlət vəsaiti sahə rəislərinin əli ilə müxtəlif təyinatlı işlərin həyata keçirilməsi zamanı silinib. Mətbuat bunu yazıb, qeyd edib. Bütün bunlar da kifayət qədər imkanı olan Elman Nuriyevin daha yüksək vəzifədə işləməsinə hardasa şərait yaradır.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın