Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sabirabadda əlbəyaxa dava – Qayınının qulağını qopardı/VİDEO

Sabirabadda əlbəyaxa dava – Qayınının qulağını qopardı/VİDEO

Sabirabad sakini qardaşını döyən qaynının qulağını dişləyərək qoparıb.
“Xəzər xəbər” məlumat verir ki, hadisə rayonun Moranlı kəndində baş verib. Səbəb isə hazırda xəstəxanada yatan Cavad Mirzəyevin döyülməsi olub.
Balıq tutmaq üçün istifadə olunan tor üstündə düşən mübahisədən sonra 29 yaşlı Xəqani Mirəliyəv 28 yaşlı Cavad Mirzəyevi kənara apararaq küt alətlə vurub və xəsarət yetirib. Döyülənin böyük qardaşı 31 yaşlı Camal Mirzəyev isə hadisəni törədən qaynı Xəqani Mirəliyəvgilə yollanıb.
Camal Mirzəyev əlbəyaxa dava zamanı qaynı – Xəqani Mirəliyevin qulağını dişi ilə qoparıb. Xəqani Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın