Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Sabir Rüstəmxanlı: “Qazaxıstanın latın qrafikasına keçməsi inqilabi hadisədir”

Sabir Rüstəmxanlı: “Qazaxıstanın latın qrafikasına keçməsi inqilabi hadisədir”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb. Yeni əlifba 32 hərfdən ibarətdir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a deyib ki, Qazaxıstanın latın əlifbasına keçidi mübahisə doğurmayan məsələdir:

“Qazaxıstan latın qrafikasına keçsə də, yeni əlifbada da bəzi səslər fərqli işarələrlə yazılır. Bütün bunlara baxmayaraq, Qazaxıstanın latın qrafikasına keçməsi inqilabi hadisədir. Ümumiyyətlə türk dünyasının latın qrafikasına keçməsi zəruridir. Ancaq əlifbalarda bəzi səslərin fərqli işarələrlə göstərilməsi onu göstərir ki, kiril əlifbasından imtina bizim bir-birimizi sərbəst oxumağımıza gətirib çıxarmayacaq”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …