Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Sabiq nazirdən haqqında yayılan xəbərə sərt reaksiya:”Ayıbdır, bir qədər özünüzə hörmət edin, sensasiya yaratmaq xatirinə ağlınızı itirməyin”.

Sabiq nazirdən haqqında yayılan xəbərə sərt reaksiya:”Ayıbdır, bir qədər özünüzə hörmət edin, sensasiya yaratmaq xatirinə ağlınızı itirməyin”.

“Mətbuatda deputatlığa namizədliyimi kiminsə xeyrinə geri götürdüyüm barədə əsassız yazılara rast gəlirəm. Bu yazıların müəlliflərinə bildirirəm ki, sensasiya axtarışında olmasınlar. Mən hər gün mətbuatla işləyirəm. Bu suala cavab axtaranlar, əgər bu barədə məndən soruşsaydılar, özüm hər şeyə aydınlıq gətirərdim”.

Bu sözləri  sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

O bildirib ki, Sumqayıt 41 saylı seçki dairəsindən deputatlığa namizədliyini Ana Vətən Partiyası (AVP) irəli sürüb: “Ana Vətən Partiyasının bütün respublika üzrə müxtəlif seçki dairələrindən irəli sürdüyü namizədlərin ümumi sayı 60-dan çox olub. Bildiyim qədər onlardan cəmisi 10-u qeydiyyatdan keçib. Mənim namizədliyimin həmin siyahı ilə verilməsi də daha çox AVP rəhbərliyinin təşəbbüsü idi. Ancaq mən namizədliyimin qeydiyyata alınmasını istəmədim və bununla bağlı Sumqayıt şəhəri 41 saylı seçki məntəqəsinin rəhbərinə məlumat verdim. İndi kimsə yazır ki, mən namizədliyimi geri götürmüşəm. Axı imza vərəqələri götürmədən, qeydiyyata düşmədən necə namizəd olmaq olar?

Namizəd olmayan birisi namizədliyini necə geri götürə bilər? Absurddur, deyilmi? Ayıbdır, bir qədər özünüzə hörmət edin, sensasiya yaratmaq xatirinə ağlınızı itirməyin”.

Sabiq nazir bildirib ki, seçkiyə getmək qərarında olsaydı, heç kimin də qarşısından geri çəkilməzdi: “Bundan öncəki seçkilərdədə də iştirak etmək şanslarım olub. Lakin səbəbini izah edə bilməsəm də, ən böyük həqiqət budur ki, paralment auditoriyası məni heç vaxt özünə cəlb etməyib. Yəqin ki, belə əhval-ruhiyyənin formalaşmasında, vaxtılə ölkənin Maliyyə naziri kimi parlament qarşısında dəfələrlə Dövlət büdcəsini müdafiə etməyimin də rolu böyükdür. Bir sözlə, bu auditoriyanın öz həvəskarları var. Mən oranın həvəskarı deyiləm. Doğrusu budur. Orada oturub seçicisi üçün heç nə edə bilməyəcək həvəskarların isə, ora nə üçün can atdıqlarını heç anlaya bilmirəm”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …