Ana səhifə / Siyasət / Sabiq icra başçısı mərhum dini lideri niyə hədəf seçib?..

Sabiq icra başçısı mərhum dini lideri niyə hədəf seçib?..

Dünən Milli Məclisin deputatı Nəsib Məhəməliyev “Reaksiya” internet televiziyasında mərhum ilahiyyatçı Hacı Şahinin və “Məşədi Dadaş” məscidində toplaşan dindarların ünvanına iftira və böhtanlar yağdırıb.

Müxtəlif “ictimai-siyasi xadim”lər vasitəsilə eyni məzmunlu böhtanların həmin kanalda davamlı şəkildə ictimailəşdirilməsi məndə heç bir təəccüb yaratmır. Görünür, kimlərsə sifariş verərək Hacı Şahin amili üzərindən ölkədə məzhəbçiliyi qızışdırır, proseslərin səngiməsimi istəmir və dövlət-din əlaqələrinin korlanmasında maraqlıdır. Bu haqda daha sonra, öncə ölkənin vaxtilə ən korrupsioner icra başçısı kimi məşhurlaşan N.Məhəməliyevin səsləndirdiyi ittiham və böhtanlara qısa nəzərə salaq.

N.Məhəməliyev deyir:

  1. “2006-cı ildə mən Nəsimi rayonunun icra başçısı işləyəndə bizə “Məşədi Dadaş” məscidi ilə bağlı siqnallar gəlirdi. Hər cümə namazında oxunan xütbələr kasetə yazılıb Tehrana göndərilirdi. Biz həmin vaxt icmanı ləğv elədik…”.

N Məhəməliyev ağ yalan danışır və riyakarlıq nümayiş etdirir. Birincisi, ona görə ki, 2006-cı ilə məsciddə icma fəaliyyət göstərməyib. İkincisi, icma 2010-cu ildə qeydiyyatdan keçib və bunun üçün də Nəsimi Rayon İcra Hakimiyyəti müsbət rəy verib. Bu adam 2006-2015-ci illərdə Nəsimi rayonunun icra başçısı olub. Onun xəbəri olmadan icmanın QMİ-də qeydiyyatı üçün müsbət rəy verilə bilərdimi? Xeyr! İndi bu adam özündən niyə elastik qəhrəman obrazı yaradır?! Məsciddən İrana kasetlər göndərilirdisə, sən niyə susurdun və icmanın qeydiyyata alınmasına niyə mane olmurdun?!

  1. “Məsciddə İranın “Huseyniyyun” təşkilatı və “Kərimə” dövləti ilə bağlı danışıqlar aparılırdı…”.

Bu adamın iftira tuluğu olduğunu isbatlamaq üçün qısa araşdırma aparmaq bəs edir. Belə ki, qondarma “Huseyniyyun” təşkilatı 2015-ci ildə yaradılıb və “Kərimə” dövləti adlı nağıl da 2016-2017-ci ildən etibarən gündəmə gəlib. Əgər məsciddə həqiqətən də Azərbaycan dövlətinin əleyhinə planlar qurulurdusa və bir icra başçısı kimi N.Məhəməliyevin də bundan xəbəri var idisə, bu zaman o, nə üçün hüquq”mühafizə orqanlarına müraciət edərək məscidin fəaliyyətinə xitam verməmişdi? N.Məhəməliyev bu xəyanətə niyə göz yumub? Görəsən, əsl xain kimdir?

Hacı Şahin bütün fəaliyyəti boyu antiAzərbaycan qüvvələrə qarşı mübarizə aparıb. Hətta 10 il öncə Hacı Şahinə qarşı terror təhlükəsi olduğuna görə Azərbaycan hüquq-mühafizə orqanları onun təhlükəsizliyini təmin etmişdi. N.Məhəməliyev bunu bilirmi?!

  1. N.Məhəməliyev “Məşədi Dadaş” məscidində toplaşan dindarların hələ də İranın təsiri altında olduğunu iddia edir. O, bu cür oppartunist çıxışı ilə ölkədə məzhəbçiliyi qızışdırır, Azərbaycanda böyük bir arealı əhatə edən şiəliyə qarşı aqressiyasını ortaya qoyur. Niyə? Çünki N.Məhəməliyev vəhhabi məzhəbçisidir, onun qohumları içərisində xeyli sayda radikal dindarlar var.
  2. N.Məhəməliyev bir az da irəli gedərək dünyasını dəyişmiş bir din aliminin, Hacı Şahin haqqında qeybət edir, onun bütləşdirildiyini bildirir. Bir çox təxribatçılar kimi, N.Məhəməliyevin də dilindəki “bütləşdirmək” ifadəsi onun kökləndiyi vəhhabilikdən qaynaqlanır. O, başa düşür ki, Hacı Şahin xalq tərəfindən birmənalı şəkildə qəbul edilib sevilən rühani idi. Deputatın sərgilədiyi həsəd onun nə qədər merkantil varlıq olduğunu nümayiş etdirir. Deputat təyin olunduğu dairədə beş nəfər arasında hörməti olmayan bu biznesmen “vəkil” on minlərin sevimlisinə çevrilən, dövlət-din münasibətlərinin yaradılmasında müstəsna xidmətləri olan Hacı Şahini niyə qısqanmasın?! On nəfər seçisinin problemlərini həll edə bilməyən deputat minlərlə ailəyə yardım edən ruhanini qısqanması qeyri-insanı davranışdan başqa bir şey deyil. Hacı Şahin dünyasını dəyişib, sizi kimlər danışdırır? Niyə imkan vermirsiniz ki, məzhəbçilik ortadan qalxsın? Kim danışdırırsız sizin kimi köntöy adamları?

Haşiyə çıxaraq, N.Məhəməliyevə bir neçə sualım var:

  1. 90-cı illərdə sizin qardaşınız Yusif Məhəməliyevin Balakən rayonunda cinayətkar dəstə saxladığı və dövlət malını (yanacaq, plantasiyalar və s.) taladığı, hətta Laqodexi rayonundakı ermənilərlə iş birliyi barədə az adam məlumatlıdır. Qardaşınızın və əlbir olduğu yerli icra orqanlarının bütün cinayətlərini lentə alan “Balakən” TV-nin telereportyoru 28 yaşlı Telman Dibirov kimin sifarişi ilə vəhşicəsinə qətlə yetirilib

Ümumiyyətlə, bu cinayətin üstünün açılmasına mane olanlar içərisində niyə Məhəmməliyevlərin adı çəkilirdi? Bəs, bu hadisədən bir neçə ay sonra siz Balakən rayonuna icra başçısı təyin ediləndə niyə ilk işiniz bu telekanalı bağlamaq oldu?

  1. Sizin dörd qardaşınız var, niyə siz də daxil heç bir qardaşınız Qarabağ müharibəsində iştirak etməmisiniz? Müharibə başlayanda sizin 32 yaşınız var idi, qaçıb harada gizlənmişdiniz? Hər kər döyüşə getdiyi bir ərəfədə siz hansı üsulla BDU-ya qəbul olmuşdunuz?
  2. Nəsimi rayonu məhz sizin rəhbərlikk etdiyiniz 9 il ərzində talanıb. Satmadığınız torpaq, tikintisinə pulla icazə vermədiyiniz yer qalmamışdı. İndi sual edirəm, niyə 9 il ərzində “Məşədi Dadaş” məscidi yadınıza düşmədi, indi bədheybət Varlov kimi ortaya düşüb qəhrəmanlıq edirsiniz?
  3. Ötən əsrin 90-ci illərdə qardaşlarınız Balakən rayonunu çapıb talayırdı, siz isə Heydər Əliyevi təhqir edirdiniz. Həmin vaxt Vətəndaş Həmrəyli Partiyasının Balakən rayon təşkilatının sədr müavini kimi müxalifətçilik edən N.Məhəməliyev nə baş verdi ki, birdən-birə qatı Əliyevçi oldu? Balakən dəmiryol vağzalının müdiri işləyən, pulyığan N.Məhəməliyev dostu Ziya Məmmədovun hansı öhdəlikləri əsasında icra başçısı təyin edildi? Bəs, Fərhad Əliyevi həbs edilməmişdən az öncə niyə tez-tez Balakən rayonuna dəvət edirdiniz?
  4. Siz saysız-hesabsız dəyirmanları, MMOİL yanacaq doldurma məntəqələrini, kərpic zavodları, çörək sexlərini, mal-qara fermasını necə əldə etmisiniz? Hələ qaynananız Mina Əhmədovanın adına keçirdiyiniz biznes obyektlərini demirəm. Əvvəllər Balakəndə sahibkarları təhdid edib obyektlərini əlindən alırdınız, indi bu işi qaynananız həyata keçirir. Ümumiyyətlə, Balakən sizin atanızın dədə mülküdür, yoxsa necə?! (Bu haqda daha ətraflı…).

Saxta yolla deputat mandatı qazanan, ətrafında qoçu dəstələr saxlayan, Balakəni ailə mülkünə çevirən bir şəxsin efirdə xalqa əxlaqdan, vətənpərvərlikdən dərs keçməsi rüsvayçılıqdır. Görəsən, ona niyə bu şərait yaradılır?

Samir Feyruzov

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …