Ana səhifə / Siyasət / Sabah səs vermək istəyən seçicilərin nəzərinə…

Sabah səs vermək istəyən seçicilərin nəzərinə…

“Azərbaycanda bütün səsvermə hüququ olan insanlar adının seçici siyahısında olub-olmamasından asılı olmayaraq hər bir vətəndaş birbaşa seçki məntəqəsinə yaxınlaşıb öz sənədini təqdim etməklə səs verə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ola bilər ki, müəyyən qism insanlar hanısa səbəbdən seçici siyahısına düşməyib və ya düşməkdən yayınıb. Ancaq buna baxmayaraq onlar da öz sənədlərini təqdim etməklə səs verə bilərlər.

M.Pənahov bildirib ki, bəzi ölkələrdə seçici siyasıhında adı olmayan insanların səsvermə hüququ olmur, lakin Azərbaycanda belə deyil, vətəndaş adının seçici siyahısında olub-olmamasından asılı olmayaraq birbaşa seçki məntəqəsinə yaxınlaşıb səs verə bilər.

MSK sədri əlavə edib ki, sabah seçkilərlə bağlı bütün müraciət və şikayətlərə dərhal cavab veriləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …