Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Sabah parlamentin buraxılması məsələsinə baxılacaq

Sabah parlamentin buraxılması məsələsinə baxılacaq

Sabah – dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək.

İclasda hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması ilə bağlı müraciətinə baxılacaq. Daha sonra Prezidentə müraciət ünvanlanacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Milli Məclisdə təmsil olunan YAP üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub. Deputatlar yekdilliklə bu təklifi dəstəkləyiblər.

5-ci çağırış Milli Məclisin buraxılması təklifi mövcud parlamentin dövlət başçısının həyata keçirdiyi uğurlu və çevik siyasətə adekvat olmaması, ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb. Azvision.az

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …