Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sabah Bakıda 15 dərəcə isti olacaq

Sabah Bakıda 15 dərəcə isti olacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Azinforum.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında martın 9-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın